Abstract:
Peşəkar və uşaq gənclər üzrə futbol mütəxəssisləri aparıcı komandalara gənc, texniki və taktiki cəhətdən yaxşı hazırlanmış idmançıların lazımi axınının olmadığını vurğulayırlar. Mütəxəsislər bunu, futbolçuların idman ustalıqlarının yüksəldilməsi yolunda, onların hazırlanması prosesində əvvəlcədən heç bir oyun tapşırığı olmayan məşq vasitələrinin həddən artıq az olması ilə əlagələndirirlər. Bu işdə biz, gənc futbolçuların idman ustalıqlarının formalaşmasında elmi yanaşmaları əsaslandırmağa çalışacağıq. Peşəkar futbol üçün idman ehtiyatının hazırlanması üzrə uzunmüddətli proqramın icrası prosesində məşqçilərin fəaliyyətinin xüsusiyyətlərinin təhlili apa-rılmış və məlum olmuşdur ki, bu gün gənclərdən ibarət futbol komandalarının məşqçilərinin fəaliyyətinin əsas məqsədi oyunun həllinə yaradıcılıqla yanaşmağı bacaran futbolçunun fərdi inkişafına və yetişdirilməsinə yönəlmiş məşq prosesinin keyfiyyət və səmərəliliyi deyil, cari nəticədir. Səmərəli öyrənmə, fərdi bacarıqların inkişafı və oyun intellektinin for-malaşması üçün əsas məqam olan oyun metodunun tətbiqi əsasında gənc futbolçuların uzunmüddətli təlim-məşq prosesinə dəyişikliklərin edilməsinə yanaşmalar, o cümlədən gənc futbolçuların idman bacarıqlarının mərhələli (tədricən) formalaşması sistemi, sonradan oyunçunun peşəkar səviyyədə potensialını müəyyən edəcəkdir.