Abstract:
Məqalədə gənc futbolçuların taktiki hazırıqları və onların qarşısında duran əsas məsələlərdən danışılıb. Gənc futbolçuların taktiki hazırlıqları qarşısında duran əsas məsələlər araşdırılıb və taktiki hazırlıq məşqlərində daha çox nələrə diqqət yetirilməsi göstərilib. Gənc futbolçuların taktiki hazırlığına iki aspektdən baxılması qeyd edilib. Gənc futbolçuların taktiki hazırlıqları üzrə aparılan işin bir neçə mərhələdən ibarət olması vurğulanıb. Taktiki hazırlıq məşqinin qarşısında duran əsas məsələlər göstərilib. Müasir futbolda futbolçuların taktiki hazırlıqlarına olan tələbatların dayanmadan artdığını nəzərə alaraq taktiki hazırlıq qabiliyyətlərinin uşaq və yeniyetmə yaşlarından inkişaf etdirilməsi və for-malaşdırılmasının məqsədəuyğun olduğu qeyd olunub.