Abstract:
Müasir dövrdə daim çətinləşən və ciddi rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində idman sahəsində, xüsusən kommersiya fəaliyyəti göstərən idman təşkilatlarında öz fəaliyyətlərini normal davam etdirməsi üçün idman komplekslırinin, stadionlarının tikilməsi zəruridir. Bu planları həyata keçirmək üçün idman biznesi və idman menecmenti sahəsində vahid strategiyaya ehtiyac duyulur. Ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində artıq formalaşan idman qurğuları fəaliyyət göstərir ki,bunlardan da biri T.Bəhramov adına Respublika stadionudur. Məqalədə stadionun vəzifə və funksiyaları haqqında mə-lumatlar yer alıb.