Abstract:
Müasir iqtisadiyyat bədən tərbiyəsi və idman sferasında sahibkarlığın inkişafına, bədən tərbiyəsi və idman təşkilatları mülkiyyətçilərinin sayının artmasına, onların təşkilati-huquqi formalarının çoxnovlülüyünün artmasına, əhaliyə göstərilən bədən tərbiyə-idman xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə təsir edir.
Təqdim olunan məqalənin məqsədi idman təşkilatlarının fəaliyyətinin sahibkarlıq mühitinin obyektiv qanunlarına tabe olmasını və idman təşkilatlarının rəqabət qabiliyyətinin iqtisadi potensialdan istifadə qabiliyyətinin dərəcəsi ilə müəyyən edildiyini əsaslandırmaqdır.
Məqalənin əsasını həm xarici, həm də yerli tədqiqatçıların sahibkarlığın inkişafı, sahibkarlıq strukturlarının rəqabət qabiliyyətinin formalaşdırılması konsepsiyası, idman təşkilatlarının inkişafının idarə edilməsi problemləri ilə bağlı mövcud fundamental konsepsiya və yanaşmaları təşkil edir.
Aparılan tədqiqatın nəticəsi xarici və daxili mühitin inkişafı imkanlarından istifadə etməklə sahibkarlıq idman təşkilatlarının rəqabət qabiliyyətinin əsas determinantlarının formalaşması olmuşdur.