Abstract:
Məqalədə gərginlik və stressin idmançının rəqabət fəaliyyətinə mənfi təsiri problemindən bəhs edilir. Nəzəri təhlil əsasında idmançının psixi gərginlikdən başlayaraq stress səviyyəsinədək düşdüyü vəziyyətin məzmunu aydınlaşdırılır. Idman fəaliyyətinin fiziki, sosial, psixoloji stress faktorları və onların təzahür xüsusiyyətləri təsvir edilir. Stress bir növ istənilən idman fəaliyyətinin ən güclü və ən vacib hərəkətverici qüvvəsidir.
Stress – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxmasıdır. Demək olar ki, stress və gərginlik elə idmanın bir hissəsidir. Sadəcə olaraq stress və narahatlığı dayandırmaq yox, onları idarə etməyi bacarmaq lazımdır. Yəni hər bir idmançının özünənəzarəti, özünü dərk etmək bacarığının vacibliyi vurğulanmışdır. Məşğul olduğu idman növ-nün xüsusiyyətlərinə yiyələnməklə yanaşı yüksək psixoloji savad, düşüncə və bacarığa sahib olması vacib hesab olunur. Məşqçi və psixoloq dəstəyinin vəhdət təşkil etməsi tövsiyə edilir.