Abstract:
İşin əsas məqsədi cüdo ilə məşğul olan yeniyetmə və gənc idmançılarda fiziki hazırlığın və fiziki iş qabiliyyətinin səviyyəsi funksional yük nümunələrinin köməyi ilə tədqiq olunmuşdur.
Alınan nəticələrin analizi belə yekuna gəlməyə əsas vermişdir ki, cüdo və digər güləş növləri ilə məşğul olan idmançılarda qüvvənin və sürət–qüvvənin inkişafında əhəmiyyətli dərəcədə artma müşahidə olunur. Alınan nəticələrindən, o da məlum olur ki, nəzarət göstəriciləri məşqlərin qurulmasında, yüklərin seçilməsində və məşqliliyin səviyyəsinə nəzarətin aparılması üçün istifadə oluna bilər.