Abstract:
Məqalədə ağırlıqqaldırma idman ilə məşğul olan gənc idmançılarda fiziki inkişafın və fiziki hazırlığın səviyyəsi ilə əldə olunan idman nəticələri arasında qarşılıqlı öyrənilmişdir. Müəyyən olunmuşdur ki, müayinə olunan idmançılarda fiziki inkişafın (bədən kütləsi, bədənin uzunluğu, yuxarı və aşağı ətrafların uzunluğu, çanağın eni, ağciyərlərin həyat tutumu, sağ və sol əlin dinamometrik göstəriciləri, gövdə əzələlərin gücü) və fiziki hazırlığın (sürət-güc, qüvvə, qüvvə dözümlüyü, koordinasiya qabiliyyəti, ümumi dözümlülük, çeviklik) göstəriciləri təyin olunaraq, onlar yarış dövrlərində alınan nəticələrlə müqayisə olunaraq təhlil edilmişdir. İdman nəticələri ilə fiziki inkişaf və fiziki hazırlığın səviyyəsi arasına qarşılıqlı əlaqə xətti korrelyasiya metodu tətbiq olunmaqla aparılmışdır. Müəyyən olunmuşdur ki, gənc ağırlıqqaldıranlarda çəki-boy göstəricilərinin indeksi gövdənin, əllərin, ayaqların açıcı əzələlərin mütləq qüvvəsinin göstəricilərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Burada əl pəncəsinin qüvvə dözümlüyündən, əzələlərin partlayış qüvvəsi, gövdənin və gövdənin açıcı əzələlərinin rolu da çox böyükdür. Yaşdan asılı olaraq ağırlıqqaldırma idmanında qüvvə dözümlüyünün əhəmiyyətli dərəcədə artması, yüksək idman nəticələrinin əldə olunmasında müsbət dinamikanın baş verdiyi məlum olur.