Abstract:
Məqalədə ayrı-ayrı idman növləri ilə məşğul olan tələbələrin morfofunk-sional göstəriciləri öyrənmişdir. Aparılan tədqiqatın əsas məqsədi idman növlərində (dövri və qeyri-dövri) məşq edən tələbələrin orqanizminin morfofunksional vəziyyətinin kompleks yoxlamasının aparılması olmuşdur. Yoxlamalar qızlardan ibarət qruplarda aparılmışdır. Qeyri-dövri idman növlərində məşq edən qızlarda dəyişiklər daha çox dərialtı piy qatının qalınlığında, nəfəsalma və nəfəsvermədə və pauza halında, döş qəfəsinin en dairəsinin ölçüsündə, döş qəfəsinin ekskuzsiyasında müşahidə olun-muşdur. Hər iki qrupun qızların dərialtı piy qatının daha qalın olması, bədəndə suyun azlığı əsas xarakterik cəhət olmuşdur. Alınan nəticələr tələbələrin saglamlığına tibbi-bioloji nəza-rətin aparılmasında narmativ baza qismində istifadə oluna bilər. Alınan nəticələrdən həmçinin, qiymətləndirilməsi üçün digər ixtisaslarda məşq edən tələbələrin funksional vəziyyətinin qiymətləndirilməsində və müqayisəli təhlilində faydalı ola biləcəyi fərz edilir.