Abstract:
Müntəzəm fiziki məşqlər cəmiyyətin sağlamlığı üçün çox vacibdir və fiziki fəaliyyətin təbliği də xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, əgər fiziki yüklər müntəzəm olaraq, uzun müddət ərzində və fərdin təyin etdiyi müvafiq dozada yerinə yetirilirsə, onlar ürək-damar sisteminə, dayaq-hərəkət aparatına, endokrin sistemə, həmçinin psixologiyaya müsbət təsir göstərirlər. Əksinə, qeyri-aktiv həyat tərzi, başqa sözlə, hipodinamiya bir çox xəstəlik yaradır. Bu gün diabet, piylənmə, ürək-damar xəstəlikləri, eləcə də əzələ gücü və ölçüsünə həsr olunmuş tədqiqatların aparılması nəticəsində əldə olunan nəticələrə görə, fiziki stressə uyğunlaşma haqqında məlumat verilir. Eyni zamanda, məşq proqramlarının növü, müddəti və şiddəti arasındakı fərqlər sinir-motor sistemi, ürək-damar sistemi kimi sistemlərin genetik strukturunun dəyişməsinə təsir göstərir. Fiziki hərəkətlərə olan reaksiyalar həm kəskin, həm də xroniki reaksiyalar və adaptasiya ilə fərqlənir. Bu araşdırmanın diqqət mərkəzində fiziki məşqlərə və ümumiyyətlə fiziki işə adaptasiyanın genetik tədqiqatları dayanır. Bu sahədə tədqiqatlar 2009-cu ildən sonra daha da fəallaşmağa başlayıb. Bundan əlavə, fiziki məşqlərin orqanizmə təsiri, mövcud ədəbiyyatların təhlili müzakirə olunmuşdur.