Abstract:
Ümumitəhsil məktəblərinin 5-ci sinifdən başlayaraq fiziki tərbiyə dərsləri fiziki tərbiyə müəllimləri tərəfindən aparılır. Odur ki, ibtidai siniflərdə (1-4-cü siniflər nəzərdə tutulur) aparılan fiziki tərbiyə dərsləri şagirdləri idman oyunlarına, xüsusilə də futbol dərslərinə hazırlanması prosesini necə həyata keçirir? Seçilən fiziki hərəkətlər, oyun və inkişafetdirici vasitələr onların bioloji inkişafına uyğun olaraq tətbiq edilirmi və yaxud bu göstəricilər nəzərə alınaraq dərslər qurulurmu? Bu kimi həll olunmamış məsələlər məqalədə öz əksini tapmışdır.