Abstract:
İdman jurnalistikası jurnalistikanın əhəmiyyətli olan bir neçə qolundan biridir. Jurnalistikanın bu qolu müxtəlif ölkələrdə müəyyən inkişaf yollarından keçərək konkret bir sahə kimi formalaşa bilmişdir. Azərbaycanda da idman jurnalistikası günbəgün inkişaf etməkdədir. Bu sahənin inkişafı üçün son zamanlarda mühüm addımlar atılmış, xüsusi qəzetlər, jurnallar, portallar və s. fəaliyyət göstərməyə başlamışdır. Lakin idman jurnalistika-sının xüsusi bir sahə kimi formalaşmasında hələ də müəyyən problemlər mövcuddur.