Abstract:
Məqalədə orqanizmin əsas xüsusiyyətlərindən biri kimi karatedə gənc idmançıların orqanizminin fiziki fəaliyyətə uy-ğunlaşdırılması, funksional göstəriciləri nəzərdən keçirilmişdir. İdman hazırlığının müxtəlif mərhələlərində idmançıların qan dövranı sisteminin uyğunlaşma potensialı göstəricilərinin dinamikasının, eləcə də onun yaş dəyişikliklərinin təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, karate məşğələləri yeniyetmə və gənclərdə normal fiziki inkişafa, funksional vəziyyətə və sağlamlığının səviyyəsinə müsbət təsir etməklə yanaşı, gələcəkdə idman nailiyyətlərinin əldə olunmasına zəmin yaradır.