Abstract:
Təqdim olunmuş məqalədə basketbolla məşğul olan tələbə idmançıların hazırlığı prosesində onlarda fiziki iş qabiliy-yətinin əsas amilləri öyrənilmiş və tətbiq olunan metodların səmərəliliyi araşdırılmışdır.
Müəyyən olunmuşdur ki, basketbolçularda fiziki keyfiyyətlərin və orqanizmin funksional imkanlarının yüksək səviyyədə inkişaf etdirilməsi onların ümumi və xüsusi iş qabiliyyətini, texniki və taktiki ustalığını müəyyənləşdirir. Basketbolçularda xüsusi iş qabiliyyəti ixtisaslaşdırılmış məşqlərdə yaxşılaşa bilər. O da məlum olmuşdur ki, basketbolçuların xüsusi iş qabiliyyətinin qiymətləndirilməsi həm icra olunan işin xarici göstəricilərinə (erqometrik meyarlarla), həm də əsas fizioloji systemlərin göstəricilərinin ölçülməsi (funksional meyarlarla) yolu ilə aparıla bilər.
Basketbolçuların fiziki hazırlığının xüsusi göstəriciləri idman ustalığının artması ilə paralel olaraq yüksəlmiş olur.