Abstract:
İdarəetmə peşəsini qazanmaq üçün müasir dövrün sosial və iqtisadi həqiqətlərini bilmək, onlarla üzləşən zaman la-zım olan bilik və səriştələrə malik olmaq lazımdır. Təhsil meneceri kimi məzun olmaq istəyən hər bir tələbə, bu sahədə fəaliyyət göstərmək üçün yeni məlumat, konsepsiya və münasibətlərlə işləməlidir.
Qeyd olunan şərtlərin idarəetmə bacarıqlarının formalaşmasında rolunu araşdırmaq və təyin etmək tədqiqat işinin əsas məqsədlərindəndir. İlk olaraq, idarəetmə üzrə pedaqoji idarəetmənin tətbiqi vəziyyətini araşdırmaq lazım gəldi.
Pedaqoji idarəetməni araşdıran tədqiqatçı alimlər pedaqogika fənnində idarəetmə bacarıqlarının formalaşmasında tələbələrdə planlaşdırma, təşkilatçılıq, istiqamətlər, nəzarət, qərar vermə, problem həlli, ünsiyyət və motiva-siya, məlumatların toplanması, konfliktlərin həlli və insan münasibətləri kimi pedaqoji prinsiplərin olmasını qeyd edirlər. Bir sözlə, tələbələrin idarəetmə bacarıqlarının formalaşması sahəsində yeni pedaqoji fikirlər irəlilədikcə, bu sahədə ciddi, ayrılmaz problemlərlə üzləşən universal bir təsəvvür mövcud olmağa başladı. Buna əlavə olaraq, pedaqoji təhsil sahəsində tələbələrin peşə inkişafı vəzifələri ilə yanaşı, yeni biliklərə yiyələnməsi və praktikada istifadə qaydalarını öyrənmək üçün vacib problemi həll etmək zərurət təşkil etdi.