Abstract:
Tədqiqat işində idmançının psixoloji hazırlığında və nailiyyətinin yüksəldilməsində diqqətin rolu nəzəri və praktiki cəhətdən əsaslandırılır. İdmançının fiziki hazırlığı ilə yanaşı onun psixoloji hazırlığı da zəruri hesab edilir. Diqqət mahiyyətcə psixofizioloji proses hesab edildiyindən, digər psixoloji proseslərin də gedişini müəyyənləşdirmək imkanı nöqteyi-nəzərindən idmançının hazırlığı prosesində əsas amil kimi götürülməsi tədqiqat işinin mahiyyətini müəyyənləşdirir. Tədqiqat işi idmançılarda diqqətin pozulmasının qarşısının alınmasında tətbiq edilən effektiv metodların təklifi və onların praktiki tətbiqinə dair nümunələri əks etdirir. İdmançının diqqətinin yayına biləcəyi hallar müəyyənləşdirilir və onların həllinə dair təkliflər, metodlar əsaslandırılmış formada təqdim edilir.