Abstract:
Yay Olimpiya Oyunları həmçinin Olimpiada Oyunları dörd ildə bir dəfə keçirilən böyük beynəlxalq çoxnövlü idman tədbiridir. İlk Oyunlar 1896-cı ildə Yunanıstanın Afina şəhərində, ən sonuncusu isə 2021-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilib. Taekvondo ilk dəfə 1988-ci ildə Cənubi Ko-reyanın Seul şəhərində keçirilən Yay Olimpiya Oyunlarında nümayiş idman növü kimi çıxış etmişdir. 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilən Yay Olimpiya Oyunlarında yenidən nümayiş idman növü olub. Nəhayət taekvondo 2000-ci ildə Sidneydə (Avstraliya) keçirilən Yay Olimpiya Oyunlarında ilk şərq döyüş növü kimi olimpiya proqramına daxil olunmuşdur. Azərbaycan taekvondoçuları ilk dəfə Afina – 2004 olimpiya oyunlarından iştirak etməyə başlamışlar. Rio - 2016 XXXI Yay olimpiya Oyunlarına ilk dəfə tam heyətlə (4 idmançı) yollanan taekvondoçularımız yüksək nəticəyə imza atıblar - 3 medal (1 qızıl və 2 bürünc) qazanmışlar. Bu nəticələrlə görə IV yeri tutaraq ən yaxşı yığmalardan biri kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi olimpiadanı MDB ölkələri arasında I, Avropada isə II yerdə başa vurub.