Abstract:
Güləşmə - müxtəlif fiziki və psixoloji keyfiyyətli iki nəfərin təkbətək mübarizəsidir. Belə təkmübarizədə taktiki təfəkkür böyük əhəmiyyətə malikdir. Taktiki planın müvəffəqiyyətli həlli üçün qətiyyətlilik, yaradıcı təfəkkür, düzgün qərarların vaxtında qəbulu və s. lazımdır. Taktiki hazırlığın şablonu olmur. O, fasiləsiz olaraq inkişaf edir və dolğunlaşır. Yarış qaydalarının dəyişməsi ilə əlaqədar olaraq mübarizə aparmanın yeni taktiki üsulları, variantları yaranır. Taktiki yeniliklərə az bir zamanda yiyələnmə güləşçiyə daha üstün vəziyyətdə olmaq imkanı verir.