Abstract:
Məqalədə gələcək idmançıların yetişdirilməsində istifadə olunan bədən tərbiyəsi və idmanda müasir texnologiyalardan, eləcə də ali təhsil müəssisələrinin tələbələrinin kurikulumunda istifadə oluna innovativ yeniliklərdən bəhs edilir. Məqalənin məqsədi gələcək idmançıların hazırlanmasında istifadə olunan bədən tərbiyəsi və idmanda innovativ texnologiyaların öyrənilməsidir. Müasir tədqiqatlar sübut edir ki, Azərbaycanda innovativ təhsil təkcə təhsil prosesinin təkmilləşdirilməsi yollarından biri deyil, həm də yeni təhsil sisteminin ümumi Avropa təhsil məkanına daxil olmasında mühüm amildir. Elmi inkişaflar və idman avadanlıqları texniki cəhətdən təkmilləşdirilir, yeni texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir, yeni üfüqlər açır, müsbət nəticələr əldə etməyə, yeni zirvələr fəth etməyə imkan verir, yüksək texnologiyalı avadanlıqlar təklif edir. Azərbaycanda gələcək idmançıların hazırlanmasında tətbiq edilən innovativ texnologiyalardan istifadə sağlamlığın qorunması, fiziki inkişafı və fiziki hazırlığı üçün davamlı motivasiyanın formalaşmasına kömək edir.