Abstract:
Təqdim olunan məqalədə orta ümumtəhsil məktəblərində şagirdlər arasında artmaqda olan piylənmə xəstəliyi ilə bağlı müvafiq elmi araşdırmalar aparılmışdır. Bu xəstəliyi törədən səbəblərə aydınlıq gətirilmişdir. Həmçinin məktəblərdə bu problemlərlə bağlı müəyyən tədbirlərin təşkili və aparılması imkan və yolları qismən də olsa göstərilmişdir. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası baxımından problem araşdırılmışdır. Məqalədə piy-lənmə problemi ilə bağlı müvafiq ölkələrin iş təcrübələri təhlilə cəlb olunmuşdur