Abstract:
Ümumi mədəniyyətin bir hissəsii fiziki mədəniyyət təşkil edir. Fiziki mədəniyyətin özülündə milli idman növləri və oyunları durur. Yer kürəsində elə bir xalq tap-maq olmaz ki, onun milli idman növləri olmasın. Əksər xalqlarda isə bir nömrəli idman növü güləşmədir. Azərbaycan milli güləş təhlil edilərkən belə problem irəli çıxmışdır ki, illər keçdikcə o öz adət-ənənələrini, koloritini, ulu babaların əsirlər boyu təcrübədən çıxmış qaydalarını itirmişdir. Milli güləş müasirləşdikcə xalq gözə görünməyən incəlikləri əldən vermişdir. Əgər milli güləşin qədim qaydaları bərpa olunub, məşq və yarışlar təşkil edilib keçirilərsə və xalq arasında geniş təbliğ olunarsa, bunun gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyəti olar.