Abstract:
Futbolda aşağı yaş qruplarda istedadlı və bacarıqlı uşaqların üzə çıxarması tətbiq edilən seçmənin metodlarından asılıdırsa, onların gələcək inkişafı təlimin məzmun və vasitələrindən, onu aparan məşqçi-müəllimlərin pedaqoji təcrübəsindən, ustalığından bilavasitə asılıdır. Hal-hazırda futbolda istedadlı və qabiliyyətli uşaqların üzə çıxarılmasında problemi çox böyük əhəmiyyət daşımaqla, müasir elmdə, elmi-metodiki tədqiqatların başlıca mövzusu olmaqla çox aktualldır. Bununla əlaqədar mövcud olan metodlar, istedadlı, bacarıqlı və talantlı uşaqlar seçimində çoxda uğurlu olmur.