Abstract:
Bu məqalədə müasir inkişaf dövründə insan fəaliyyətinin effektivliyinin ar-tırılması, cəmiyyətdə insanlar arasındakı aqressiyanın azaldılması baxımından bədən tərbiyəsi və idmanın təbliğ edilməsinin əhəmiyyəti və idmanla məşğul olan insanların əsəb və stressin azaldılmasında xüsusi əhəmiyyət kəsb etməsini tədqiq etmişik. Fiziki, zehni və mənəvi cəhətdən kamil nəsillərin yetişdirilməsi hal-hazırki dövrdə ölkəmiz üçün prioritet istiqamət olması baxımından çox vacib və ən aktual məsələlərdən olması qeyd edilmiş və Azərbaycanda bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərdən bəhs edilmişdir. Sonda bu nəticələrdən irəli gələrək bu sahənin inkişafı üçün müəyyən təkliflər verilmişdir.