Abstract:
Məqalədə dayaq - hərəkət aparatının ayrı-ayrı şöbələrində pozulmaları olan şəxslərin fiziki tərbiyə vasitələrinin kö-məyi ilə bərpa olunmasının bəzi məsələləri əksini tapmışdır. Dayaq-hərəkət aparatında yaranan zədələnmələrin yaratdığı problemlər və onların həlli yolları da araşdırılmışdır. Dayaq-hərəkət aparatında zədələnmələrinin və pozulmalarının bərpasının ən universal və əlçatan vasitəsi fiziki tərbiyə hərəkətləri hesab olunduğundan, yaranan zədələnmələrin növlərinin dərəcəsinin və fərdi xüsusiyyətllərinin xarakterindən asılı olaraq baş verən dəyişiliklərin müəyyənləşdirilməsi və qeydiyyatı da aparılmşdır. Topla icra olunan müxtəlif hərəktlərdən istifadə bütün fiziki keyfiyyətlərin inkişafına müsbət təsir göstərir. Ona görə də topla oyun hərəkətlərin icra olunmasına dair tövsiyyələr də verilmişdir. Belə hallarda nəzərdə tutulur ki, yüksək emosionallıq və oyunlara həvəs/aludəçilk hərəki tapşırıqların icrasına effektiv təsirə malikdir.