Abstract:
Məqalədə müasir bədən tərbiyəsi və idmanin inkişafinda Heydər Əliyevin rolu, 1968-ci ildə Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin yaraılması, 1969-cu ilin iyul ayında general Heydər Əliyev respublikamızın rəhbəri seçilməsi, 1970-ci ilin payızında qabaqcıl bir respublika kimi ölkənin ən ali mükafatlarına layiq görülməsi, Respublikada kütləvi bədən tərbiyəsi ümumxalq bədən tərbiyəsi hərəkatına çevrilməsi, 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rolu, 1979-cu il-də Azərbaycanda bədən tərbiyəsi-idman sahəsində elmin inkişafına xüsusi diqqət verilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıtması, 26 iyul 1994-cü il tarixli 861 saylı Fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradılma-sı, 5 mart 1995-ci ildə Azərbaycan Respublikasında idman fondunun yaradılması, İdman fonduna 2 milyard manat vəsaitin ayrılmışı, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirilmişi, «Bədən tərbiyəsi və idman» qanunu haqqında ilk dəfə olaraq 23 dekabr 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilməsi, 3 fevral 2000-ci il tarixdə “Bədən Tərbiyəsi və İdmanın inkişafının dövlət proqramı”nın təsdiqi, «Əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adının verilməsi və başqa problemlər öz həllini tapmışdır.