Abstract:
Sensor funksiyalar, xüsusən, vestibulyar və eşitmə funksiyaları insan sağlamlığını, sosial adekvatlığını, peşəkar uyğunluğunu və iş qabiliyyətini qiymətləndirmək üçün əsas meyarlardan biridir. Vestibulyar aparat insanın bütün fəaliyyəti boyu, həm istirahətdə, həm hərəkətdə, həm də insanın peşəkar fəaliyyətində həlledici rol oynayır. Onun insan motor fəaliyyətinin bütün formalarının, o cümlədən, peşəkar fəaliyyət formalarının əsasını təşkil edən motor yaddaş mexanizmlərinə son dərəcə vacib təsiri var. Vestibulyar sistem son dərəcə kəskin həssaslığı, dinamizmi və qulaq labirintinin xəstəliklərinin simptomlarının, eləcə də, beynin müxtəlif hissələrinin yüksək məlumatlılığı ilə bütün digər analizatorların məlumatlılığını əhəmiyyətli dərəcədə üstələyir. Vestibulyar aparat bədəndəki hər hansı bir pozğunluğa cavab verən ilk sistemlərdən biridir.
Bədən tərbiyəsi və idman üzrə mütəxəssislər vestibulyar aparatı və hərəkətlərin koor-dinasiyasının inkişafına yönəldilmiş fiziki idman fəaliyyəti üzrərində çalışır, davamlı araşdırmalar edir və daim təkmilləşdirirlər. Hazırda idman təhsilində bu istiqamətin əhəmiyyəti və aktuallığı, praktikada buna kifayət qədər diqqət yetirilməməsi məqalənin aktuallığını şərtləndirir. Döyüş idman növləri, basketbol, voleybol, futbol, gimnastika və akrobatika kimi idman növləri müasir dövrdə gənclər arasında çox populyardır, çünki onlar müasir tendensiyalara və insanların, xüsusilə də, gənclərin ehtiyaclarına uyğundur