Abstract:
Boksçuların metabolik göstəricilərinin bioelektrik impedans analizinin qiymətləndirilməsi üçün bu tədqiqatın aparıl-ması gələcəkdə boksçular üçün bioloji bərpa strategiyaları hazırlamaqda çox kömək edə bilər. Skelet əzələlərinin piy kütləsi ilə müqayisəli analizini tədqiqatın digər mərhələsində həyata keçirmək planlaşdırılmışdır. Çünki skelet əzələlərinin zədələnməsi risklərinin ortaya çıxması gələcəkdə boks karyerasında fəsadlara yol aça bilər. Skelet əzələlərinin gücləndirilməsi ilə piy və su balansına nəzarətin artırılması, eləcə də, protein və mineralların nəzarətdə saxlanılması sürət – qüvvə, sürət-güc, qüv və güc tipli fiziki hazırlıq tapşırıqlarının düz-gün seçilməsinə tələb qoyacaqdır.