Abstract:
Xarici siyasət araşdırmasının dəqiq və öyrədici nəticələrə çatması üçün ilkin mənbələrlə işləmək, məsələn ölkənin im-zaladığı beynəlxalq sənədləri oxuyucuya təqdim etmək bəzən kifayət etmir.Statistik göstəricilərdən asanlıqla yalnış istiqamətə yönələ bilərsən. Bu zaman bir araşdrımacı hekayəni qurarkən istifadə edəcəyi üsul və yanaşmalar iki əsas məqsədə yönəlməlidir. Birincisi məsələnin mahiyyətini qavramaq, ikincisi bu mahiyyəti obyektiv şəkildə ortaya qoymaqdır. Bütövlükdə xarici siyasəti qavrayışının anla-şılması üçün müxtəlif metod və üsullardan istifadə edilməsi geniş yayılmışdır. Türkiyə xa-rici siyasətinin araşdırarkən onun özünəməx-sus bir fenomen çərçivədə tədqiq edilməsi lazımdır. Osmanlı imperiyası ilə Türkiyə cumhuriyyəti arasında oxşarlıqlar və kəskin fərqlər bu iki dövlətin xarici siyasətində də özünü göstərmişdi. Eyni coğrafiyada, eyni xalqla bir-birinin davamı olaraq qurulmuş “Orta dövlət” olmanın ortaq xüsusiyyətləri nəticəsində bu iki dövlətin xarici siyasətindəki oxşarlıqlar diqqəti çəkir. Hər ikisi öz mövcudluğunu müəyyən olunmuş iki əsas prinsip üzərindən aparmağa çalışıb. Böyük ehtiyatla qüvvələr nisbətinə riayət edərək ayaqda qalmaq və əks halda işğal təhlükəsi yoxdursa dövlətlər arasında müharibələrə girməməkdən ibarətdir.