Abstract:
Xarici dilin öyrənilməsi ilk olaraq onun lüğət tərkibindən başlayır. Səslərin düzgün tələffüzü və sözlərin dəqiq oxunuşu öyrəncilər üçün bu səslərin təsnifatını bilmək, (EFL öyrənənlər) ingilis samitlərinin artikulyasiyasını izah etmək və həyata keçirmək üçün onlara özləri sərbəst necə işləyə biləcəklərinə kömək edir. Bununla belə, nəzəri material danışıq ingilis dilində bu səslərin tənzimlənməsi prinsiplərini başa düşməyə ehtiyacı olan hər kəs üçün lazımdır.
Oxucuların əksəriyyəti (EFL tələbələri) dilçilik mövzularının əhəmiyyətindən xəbərdardırlar, lakin bu mövzuların, xüsusən də Fonetika və Fonologiyanın başa düşülməsi üçün kifayət qədər əsas biliklərə malik deyillər. Bu, samitlərdə mövcud olan ümumi təsnifatı fonoloji cəhətdən göstərmək cəhdidir. Çox vaxt, müəllimlərin EFL tələbələrinə oxuduğu müha-zirələrdə bir az məlumatlı olan üç etiket varlığını bilsələr də, sanki onlar dəyərsizdir kimi yanaşırlar. Beləliklə, İngilis dilində mövcud olan samit səsləri izah edərkən, EFL təlimatçılarına müxtəlif sinif fəaliyyətləri ilə bu etiketlərə bərabər məlumat vermələri tövsiyə olunur. Xarici dil öyrəncisi əgər bu etiketlərə riayət edərsə təbii ki, sözlərin oxunuşu və tələffüzündə çətinlik yaşamaz.