Abstract:
Məqalədə ümumtəhsil məktəblərində şagirdlərin əsas fiziki hazırlıq vasitəsi olan fiziki tərbiyə dərslərində hərəki qabiliyyətlərin inkişafı metodlarından istifadənin zəruriliyi, tətbiqi vəziyyətinin tədqiq olunmasının aktuallığı haqqında mülahizələr yer alır. İddiaçı hərəki qabiliyyətlər haqqında elmi metodik mənbələrdə mövcud məlumatların əhatəliliyi, eyni zamanda fiziki tərbiyə müəllimlərinin bu metodlardan yararlanaraq şagirdlərin fiziki hazırlığının yüksəldilməsində potensial imkanları haqqında fikir mübadiləsi aparır.