Abstract:
İngilis dilinin qrammatikalarına tarixi prizmadan nəzər saldıqda, yanaşma və yazı üslubu baxımından onlar arasında böyük fərqlərin olduğunu görürük. Bütün ənənəvi qrammatikalar eyni üsluba uyğun olaraq, bir-birinin izindən gedərək yazılmışdır. Bu qrammatika kitablarının hamısında müəyyən təriflər, taksonomiyalar öz əksini tapmış, hər təsnifatdan sonra real dildə demək olar ki, işlədilməyən, ancaq bədii ədəbiyyatdan götürül-müş nümunələr göstərilmişdir. Dil öyrənmək istəyən insanlar bu kitablardan kifayət qədər yararlana bilmirdilər, çünki həmin vəsaitlər kifayət qədər praktiki deyildi. Ona görə də mü-asir dövrün dilçiləri artıq qrammatikaya koqnitiv aspektdən yanaşmağa başlayıblar. Bu dövrün ən görkəmli nümayəndələri Noam Xomski və Maykl Həllideydir. Onlar dilin qrammati-kasını mümkün qədər sadə şəkildə təqdim etməyə çalışıblar. N.Xomski bir çox yeni qrammatikalar yaratmış, hər dəfə daha sadə qram-matik cərəyan ərsəyə gətirməyi qarşısına məqsəd qoymuş, bütün dünya dillərini əhatə edən bir sistem qurmağa çalışmışdır. M.Həllidey isə dilin real ünsiyyətdə necə istifadə olunmasını vacib hesab edirdi. Ona görə də müasir qrammatik cərəyanlar yeni dil öyrənmək istəyənlər üçün yeni imkanlar açır.