Abstract:
Məqalədə həndbol idman növü ilə məşğul olan qadınların fiziki iş qabiliyyəti və dözümlülük keyfiyyəti öyrənilmiş və onlara təsir edən məşq metodlarının xüsusiyyətləri araşdırılmışdır. Məlum olmuşdur ki, həndbolçu qadınların yüksək fiziki hazırlığı onların fiziki keyfiyyətlərinin inkişafından birbaşa asılıdır. Ona görə də, fiziki keyfiyyətlərin inkişafına səbəb ola bilən məşq metodlarının düzgün seçilməsi fiziki hazırlıq probleminin həll olunması üçün əsas şərtlərdəndir. Orqanizmin funksional vəziyyəti haqqında müasir cihazların köməyi ilə alınmış bu göstəricilərin qiymətləndirilməsi idman təcrübəsində böyük nəzəri və təcrübi əhəmiyyətə malik olacaqdır.