| dc.contributor.author | Musayeva, Nailə | |
| dc.contributor.author | Mehdiyev, Arif | |
| dc.contributor.author | Aydınova, Pəri | |
| dc.date.accessioned | 2024-02-15T06:57:09Z | |
| dc.date.available | 2024-02-15T06:57:09Z | |
| dc.date.issued | 2023 | |
| dc.identifier.uri | http://hdl.handle.net/123456789/147 | |
| dc.description.abstract | Məqalə yarışdan qabaq yüksəkdərəcəli idmançıların trombositlərində və ağız suyunda dihidropirimidinazaya bənzər zülal 2-nin (DBZ2) səviyyəsinin və qan zərdabında DBZ2-yə qarşı təbii autoanticisimlərin səviyyəsinin qiymətləndirilməsinə həsr olunub. Kontrol yerinə həmin idmançılardan sakit vəziyyətdə qan və ağız suyunun nümunələri istifadə olunub. DBZ2-nin və DBZ2-yə qarşı təbii autoanticisimlərin səviyyələri adsorbsiyanın orta səviyyəsi olan polisteren planşetlərində dolayı immunoenzim analizi üsulu ilə ye-rinə yetirilib. Tədqiqatların nəticələrində yarışdan qabaq idmançıların zərdabında gözə çarpan DBZ2-yə qarşı təbii autoanticisimlərin sə-viyyəsinin azalması (p < 0.01) və onların trombositlərində və ağız suyunda DBZ2-nin heç bir dəyişikliklərinin olmaması qeyd olunub. Əvvəlki illərdə aldığımız dəlilləri əsas tutaraq, əldə etdiyimiz nəticələr idmançıların beynin qabıqaltı nahiyələrində DBZ2-nin səviyyəsinin eyni xarakterli dəyişikliklərinin əks etdirdiyini və yarışdan qabaq onların aqressiya səviyyəsinin artmasına dəlalət etdiyi barədə qənaətə gəlməyə bizə imkan verir. | en_US |
| dc.language.iso | az | en_US |
| dc.publisher | Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) | en_US |
| dc.relation.ispartofseries | Sport Science Journal vol. 5, № 3, 2023, pp. 59-64. | |
| dc.subject | İdman yarışları | en_US |
| dc.subject | Trombositlər | en_US |
| dc.subject | Qan zərdabı | en_US |
| dc.title | Yüksəkdərəcəli idmançılarda yarışdan qabaq qanda və ağız suyunda dihidropirimidinazaya bənzər zülal 2-nin səviyyəsinin müəyyən edilməsi. | en_US |
| dc.type | Article | en_US |