dc.description.abstract |
Mövzunun aktuallığı. Bədən tərbiyəsi və idmanla məşğul olanların tibbi nəzarət
və xidmət ilə təmin edilməsinin əsas məqsədi bədən tərbiyəsi və idmanla məşğul
olanlara tibbi xidmət və həkim nəzarəti sisteminin təkmilləşdirilməsindən ibarətdir.
Bunun üçün xüsusi kadrların hazırlanması və ixtisasının artırılmasına diqqət
yetirilməlıidir. Eyni zamanda, ixtisaslaşdırılmış tibbi müəssisələr şəbəkəsinin
yaradılması ilə bağlı işlər görülməlidir. Bu isə problemin əhəmiyyətini aktuallaşdırır.
Tədqiqatın problemi. İdman fəaliyyəti zamanı dayaq-hərəkət aparatında yaranan
zədələnmələr həm yeniyetmə və həm də usta idmançılar arasında çox geniş yayılmışdır,
ona görə də, bu problem adi həyat tərzində yaranan zədələnmələrlə birlikdə Beynəlxalq
Səhiyyə Təşkilatı tərəfindən aparılan proflaktik və elmi-tədqiqatların başlıca
istiqamətləri kimi tanınmışdır. Mövcud ədəbiyyat mənəblərinin təhlilinin nəticəsində
məlum olmuşdur ki, bu problemlə bağlı məsələlər, onların reabilitasiyası və
diaqnostikası kifayət qədər işıqlandırılmamış, yolları işlənilməmişdir. Onu da qeyd
etmək lazımdır ki, idman fəaliyyəti zamanı yaranan mikro-zədələnmələr gələcəkdə
travmalara, sturuktur dəyişikliklərə çevrilərək, dayaq-hərəkət orqanlarında olduğu kimi,
daxili orqanlarında işinə mənfi təsir göstərir.
İdmançıların kompleks diaqnostikası və reablitasiyası müasir idman təlabatının ən
vacib problemlərindəndir. Reabilitasiya sahəsində müasir diaqnostika cihazlarının
yaradılması (optik kompyuter tomoqrafiyası, stabilometriya, maqnit rezonans
tomoqrafiyası) və bərpa işlənməsi dayaq-hərəkət aparatında və digər bədən hissələrində
baş verən pozğunluqların aradan tez bir zamanda qaldırılmasına imkan verir (masajın
müxtəlif növləri, nostizometrik relaksasiya, manual terapiya, sinepretik
refleksoterapiya), idmançıların sağlamlığına monitorinqlərin aparılmasına və
korreksiyaedici reabilitasiya proqramlarının həyata keçirilməsinə kömək etməklə,
idmançının daha tez idman meydançalarına qayıtmasını sürətləndirmiş olur. Sadalanan
bu problemlərin həll olunmasına təqdim olunan dissertasiya işi həsr edilmişdir. |
en_US |