dc.description.abstract |
Mövzunun aktuallığı. İdman fəaliyyəti ilə əlaqədar olaraq orqanizmdə baş verən maddələr mübadiləsinin vəziyyəti çoxsaylı dəyişikliklərlə xarakterizə olunur. İntensiv əzələ işi zamanı idmançının metabolik xüsusiyyətlərində ən mühüm amil energetik mübadilədə baş verən dəyişikliklər hesab olunur [18, s.348; 23, s.58: 32, s.122].
İntensiv əzələ işi zamanı orqanizmdə baş verən metabolik vəziyyətləri miqdari cəhətdən qiymətləndirmək üçün üç növdə energetik meyyarlardan istifadə olunma təklif olunmuşdur: şiddət meyyarı, həcm meyyarı və effektivlik meyyarı [2, s.344; 3, s.464; 20, s.148; 32, s.122].
İdman tətbiq olunan yüklərin şiddətdən və müddətdən asılı olaraq idmançıların energetik mübadiləsində anaerob və aerob proseslərin qarşılıqlı təsirin xüsusiyyətlərinin öyrənilməsi vəonların daha da təkmilləşdirilməsi idman məşqinin fiziologiyası və biokimyasının ən aktual məsələlərdən olaraq qalmaqdadır.
Tədqiqatın problemi. Müasir idmanda yüksək nailiyyətlərinin əldə olunması daim fiziki yüklərin artırılmasını və fiziki keyfiyyətlərin inkişafını tələb edir. Bu da enerjinin yaranmasını və sərfini tələb edir. İdmançı orqanizmində depolanan energetik ehtiyyatlar heç də fiziki yüklərin təsirinə adekvat olmur, bu da öz növbəsində bir sıra problemlər yaradır. Ona görə də idmançıların maksimal və submaksimal şiddətli yüklərin icrası üçün lazım olan enerji mənbələrinin də inkişafını tələb edir. Bu enerjinin bir hisəsi orqanizmin özündə təkamül prosesində formalaşan gizli mexanizmlərin səfərbər olunması ilə təmin olunursa da, digər bir hissəsi onlarda anaerob energetik imkanlarının da inkişafına nail olmaqdan ibarətdir və bu imkanların artırılmasında biokimyəvi qanunauyğunluqlardan istifadə tədqiqatımızın problem məsələlərindəndir |
en_US |