ASA E-Arxiv

Ümumtəhsil məktəblərində V-VI siniflərin fiziki tərbiyə dərslərində estafetlərdən istifadənin tədqiqi.

Show simple item record

dc.contributor.author Quliyev, İlqar
dc.date.accessioned 2024-01-26T11:06:30Z
dc.date.available 2024-01-26T11:06:30Z
dc.date.issued 2021
dc.identifier.uri http://hdl.handle.net/123456789/132
dc.description Mündəricat -- Giriş -- I Fəsil . V-VI sinif şagirdlərinin hərəki qabiliyyətlərinin inkişafında fiziki tərbiyə dərslərinin rolu -- II Fəsil. V-VI sinifdə təhsil alan məktəblilərin fiziki tərbiyə dərslərində estafet oyunlarından istifadənin tədqiqi -- Nəticələr -- Tövsiyələr -- İstifadə olunan ədəbiyyatların siyahısı. en_US
dc.description.abstract Tədqiqatın aktuallığı: Ümumtəhsil məktəblərinin V-VI siniflərində təhsil alan şagirdlərin xüsusi fiziki hazırlıq nəticələri bir sıra amillərlə şərtlənir. Bu amillər içərisində idman formasının əldə olunması və saxlanılmasına bilavasitə əhəmiyyətli təsir göstərən xüsusi hazırlıq vasitələrinin adekvat seçilməsi və onların hazırlıq mərhələləri üzrə effektli planlaşdırılmasıdır. Bu səbəbdən də şagirdlərin ümumi fiziki hazırlıq səviyyəsinin gələcəkdə hər hansı bir idman növündə məşğul olmaları xüsusi hazırlıq vasitələrinin tədqiqi aktual problem hesab olunur. Xüsusi hazırlıq vasitələrinin tədqiqi və effektliyi şagirdlərin funksional imkanları ilə müəyyən olunur. V-VI siniflərin fiziki tərbiyə dərslərində estafeta oyunları mühüm yer tuturlar. Hazırda məkrəblilərdə bədən tərbiyəsi və idmana maraq azalmışdır, lakin məktəblilər üçün, əsasəndə 11-12 yaşlarında (V-VI siniflər) bu məşğələlər fiziki hazırlıq və ümümi sağlamlıq indeksinin göstəricisidir. Bu yaş dövrdə bildiyimiz kimi uşaqların psixoloji və fiziolji inkişafı müxtəlif fiziki keyfiyyətlərin və əqli keyfiyyətlərinin inkişafı ilə birgə həyata kecir. Yeniyetməlik yaş dövründə aparıcı fəaliyyət təlim fəaliyyətidir. Təlim fəaliyyətində yeniyetmə biliklərin əsasını mənimsəyərkən onun həyat təcrübəsi artır, dünya görüşü elmi xarakter daşımaqla maraqları geniş, dərin məzmunlu və sabit olmağa başlayır. Təlimin düzgün idarə olunması prosesində psixoloji inkişafla yanaşı məktəblilərin fiziki inkişafına xüsusi diqqət yetirilməlidir, yeniyetmələrin fiziki tərbiyə fənnində fəal münasibəti formalaşılmalıdı. Belə ki, şagird gələcəkdə hansı sahədə mütəxəssis olmağa hazırlaşmasına baxmayaraq orqanizminin düzgün inkişafına da maraq göstərməlidir. Yeniyetmələr bu yaş dövründə əmək və oyun fəaliyyəti ilə də məşğul olurlar. Bu səbəbdən onları daha fəal fiziki tərbiyə dərsinə cəlb etmək üçün estafet oyunlarından istifadə etmək məqsədə uyğundur və aktualdır. Burada həm fiziki, həm də əqli keyfiyyətləri eyni dərəcədə inkişaf edəcək. Onlara müxtəlif estafet oyunları verməklə, fiziki tərbiyə dərsinə maraqları daha çox artar. Yeniyetmələr 11-12 yaşında hər bir əmək fəaliyyətində əzmlə iştirak edirlər, onlar özünə xidmət əməyi ilə məşğul olur, və bu üzdən fiziki tərbiyə dərslərində estafetlərdən istifadə etmək çox vacibdir. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Fiziki tərbiyə en_US
dc.title Ümumtəhsil məktəblərində V-VI siniflərin fiziki tərbiyə dərslərində estafetlərdən istifadənin tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account