dc.description.abstract |
Mövzunun aktuallığı. Hər bir insanın həyatında məktəb dövrünün xüsusi
əhəmiyyəti var. Çünki, məktəb dövrü insanın bir şəxsiyyət kimi yetişməsində çox
vacib bir amildir. Eyni zamanda məktəb dövründə hər bir məktəbli təkcə dərsləri
ilə deyil, həmçinin kamil bir şəxsiyyət kimi yetişməsi üçün fiziki tərbiyə və
idmanla məşğul olması çox vacib və əhəmiyyətli dərəcədə önəmli bir məsələdir.
Bu mənada deyə bilərik ki, fiziki tərbiyə və idman məktəbli şəxsiyyətinin
kamilləşməsində çox vacib amildir. Sağlam bədəndə, sağlam ruh olar. Fiziki
cəhətdən sağlam olmayan bir insan kamil bir şəxsiyyət kimi yetişə bilməz. Ona
görə də, bu tədqiqat işinində hər bir insanın şəxsiyyət kimi yetişməsi üçün xüsusilə
məktəb dövründən başlayaraq, bədən tərbiyəsi və idmanla məşğul olmasının
vacibliyindən bəhs edilir.
Tədqiqatın problemi. Çox ailələrdə xüsusi ilə valideynlər övladlarının daha
çox dərsə fikir vermələrinin vacib olduğunu qəti şəkildə onların zehinlərinə
yeridilməsi üçün çalışırlar. Bir çox valideynlər düşünür ki, fiziki tərbiyə dərslərinə
ayrılan vaxt itkidir və övladları daha çox dərsləri ilə məşğul olmalıdırlar və eləcə
də bir çox şagirdlər də fiziki tərbiyə və idmana laqeyd yanaşırlar. Bu dözülməz
haldır. Çünki, hər bir valideyn anlamalıdır ki, övladları fiziki cəhətdən sağlam
olmasa, kamil bir şəxsiyyət kimi yetişə bilməz və əksi olaraq övladlar fiziki
cəhətdən sağlam inkişaf edərsə, eyni zamanda onlar əqli, mənəvi və hər bir
cəhətdən etmiş olar. |
en_US |