dc.description.abstract |
Mövzunun aktuallığı.Futbolçuların fiziki,psixoloji və emosional cəhətdən
hərtərəfli hazır olması dövrümüzün futbolunun ən vacib tələblərindən biridir. İlk öncə
buna təsir edən səbəblər kimi – məşq dövrlərinin yarışlara və movsümə görə
növbələşməsini,orqanizmin yaş xüsusuiyyətlərini,genetik faktorları göstərmək olar.
Müxtəlif məşq dövrlərində idmançıların funksional göstəricilərinin,fiziki işlər zamanı
dinamikasını müəyyən etmək daha effektiv və ahəngdar təlim metodu seçməyə və
futbolçuların psixoloji cəhətdən daha dəqiq tətqiqinə şərait yaradır. Futbolçuların fiziki
iş qabiliyyətinin hər məşq dövründə,ardıcıl və analiz edilərək izlənməsi,məşqçilərə,
fiziki yük seçimində futbolçulara fərdi yanaşmaya şərait yaradacaqdır.Psixoloji
hazırlıq məsələləri və xüsusilə ümumi psixoloji hazırlıq,futbol hazırlığının ilk
mərhələlərində böyük əhəmiyyət kəsb edir.İdmançıların psixo-funksional hazırlığı
böyük həcmli təlim yüklərinin inkişafına və xüsusilə də güclü rəqabət fəaliyyətinə
əhəmiyyətli dərəcədə təsir edir. Eyni zamanda ilkin məşq dövründə inkişaf etməmiş və
inkişaf etmiş ixtisaslaşma mərhələsində olan gənc futbolçuların fərdi-tipoloji
xüsusiyyətlərini müəyyənləşdirmək çox vacib məsələlərdən hesab olunur və çox
aktuallıq kəsb edir. Ona görə də bu qarşılıqlı təsirlərin tədqiqi, xüsusilə də, müxtəlif
məşq dövrlərində futbolçuların fiziki iş qabiliyyətini və psixoemosional vəziyyətini
tətqiq etməklə,qiymətli dəlillər vermək idmançıların məşqolunma dərəcəsinin təyin
olunmasında, bacarıqlı, talantlı futbolçuların idmana seçilməsində öz səmərəli
tövhəsini vermiş olacaqdır.
Yüksək dərəcəli futbolçuların hazırlanması sisteminin təkmilləşdirilməsi və
peşəkar idman üçün ehtiyyatların hazırlanması prosesi idman nəzəriyyəsinin və
metodikasının əsas problemlərindəndir. Dünya praktikasında futbol yarışlarında
futbolçuların yüksək nəticələri,komandarın beynəlxalq yarışlardakı üstün
rəqabəti,ildən ilə rekordların yenilənməsi,gəncləri dünya arenalarında mübarizə apara
bilən idmançıya çevrilməsinə ayrılan vaxtın məhdudluğunu göstərir və mütəxəsisləri
daha səmərəli yollar axtarmağa vadar edir. |
en_US |