dc.description.abstract |
Aktuallıq. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün
ölkəmizin tarixində ən əlverişli obyektiv şərait yaradılmışdır. Belə ki, indi
ölkəmizdə iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə həyata keçirilir,
xalqın mədəni səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir
göstərən ailənin imkan və şəraiti genişlənir. Respublikamizda insanların
sağlamlığına xidmət etmək üçün hər il modern və beynəlxalq standartlara cavab
verən yeni olimpiya idman bazaları tikilir, ümumtəhsil məktəblərinin idman zalları
və meydançaları əsaslı şəkildə təmir olunur, yeni idman avadanlıqları alınır.
Dövlətimizin təhsil sisteminə böyük diqqət və qayğısı sayəsində milli təhsil
sisteminin inkişafını təmin edəcək normativ-hüquqi sənədlər, dövlət proqramları
qəbul edilmişdir. “Azərbaycan Respublikasında” Təhsilin inkişafı üzrə Dövlət
strategiyasında ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq böyüyən nəsillərdə
hərtərəfli bilik və bacarıqların formalaşdırılması məqsədilə təhsil sisteminin
infrastrukturu, maddi-texniki baza və insan resurslarının inkişaf etdirilməsi nəzərdə
tutulmuşdur.
Bu da öz növbəsində ümumtəhsil məktəblərində şagirdlərin hərəki bacarıq və
vərdişlərinin formalaşmasında, hərəki qabiliyyətlərinin inkişafında, əmək və
müdafiə qabiliyyətinin inkişafında, sağlamlığın qorunmasında, cismani və mənəvi
cəhətdən inkişafında fiziki tərbiyə olduqca vacib bir prosesdir. Fiziki tərbiyə
prosesinin məqsədəuyğun, nəticəyönümlü, sistemli və mövcud təhsil proqramı
əsasında həyata keçirilməsi üçün infrastruktur və maddi-texniki baza yüksək şəkildə
təmin olunmalıdır. Fiziki tərbiyə prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi
üçün Azərbaycan Respublikasında olan bütün ümumtəhsil məktəbləri, beynəlxalq
standartlara cavab verən idman meydançası və idman zalı təmin olunmalıdır |
en_US |