dc.description.abstract |
Futbol gənclərin asüdə vaxtlarının səmərəli keçməsində, sağlam həyat tərzinin
formalaşmasında və sağlamlıqlarının möhkəmləndirilməsində çox mühüm rol
oynayır.
Futbol – atletik və dinamik idman oyunu olmaqla bərabər, həmçinin ən
populyar və kütləvi xarakter daşıyan kollektiv idman oyunlarından biridir. O,
gənclərin hərtərəfli harmonik inkşafına, fiziki cəhətdən sağlam olmalarına, əmək
qabiliyyətinin yüksəlməsinə, kollektivçilik, intizamlılıq, əzmkarlıq, dostluq,
mübarizlik kimi mənəvi əxlaqi keyfiyyətlərin formalaşmasına müsbət təsir göstərir.
İndi elə bir şəhər, rayon və kənd məktəbi yoxdur ki, orada gənclərin fiziki
tərbiyəsində futboldan istifadə edilməsin.
Müasir futbol, futbolçuların yüksək performans bacarıqlarını və futbol
meydançasının hər hissəsindəki güzəştsiz mübarizəsini, oyunçuların fiziki
mükəmməlliyini və milyonlarla azarkeşin sevincini, acısını, ağrısını üzvi şəkildə
birləşdirən bir idman oyunudur. Fiziki keyfiyyətlərin, taktiki düşüncənin müxtəlif
təzahürlərinə görə futbolun elementləri tez-tez digər idman növlərində (yalnız
oyunlarda deyil) əlavə bir məşq vasitəsi kimi istifadə olunur.
Futbol oynamaq üçün sürətli qaçmağı, tez-tez istiqaməti dəyişərək driblinq
etməyi, dayanmağı, topa başla və ayaqla zərbə vurmağı, topu saxlamağı, onu
aparmağı və aldadıcı fəndlərdən lazımi anda düzgün istifadə etməyi bacarmaq
lazımdır. Bu texniki fəndləri yüksək səviyyədə icra etmək üçün fiziki hazırlıq: güvvə,
sürət, cəldlik, dözümlülük, çeviklik tələb edilir.
Futbol oyununun nəticəsi futbolçuların fiziki hazırlıqlarının, texniki - taktiki
ustalıqlarının, və nəzəri psixoloji hazırlıqlarının səviyyəsindən xeyli dərəcədə asılıdır |
en_US |