ASA E-Arxiv

Müasir idmanda ifrat məşq və onların aradan qaldırma yolları.

Show simple item record

dc.contributor.author Sərdərov, İsgəndər
dc.date.accessioned 2024-01-26T04:59:31Z
dc.date.available 2024-01-26T04:59:31Z
dc.date.issued 2021
dc.identifier.uri http://hdl.handle.net/123456789/124
dc.description Mündəricat -- Giriş -- Fəsil I. İfrat məşq haqqında ümumi anlayış -- Fəsil II. İdmançının hazırlığında məşqin təşkili və keçirilməsi -- Fəsil III. İdmançıların bərpası və İfrat məşqin qarşısının alınma yolları -- Nəticələr -- Təkliflər -- İstifadə olunan ədəbiyyat. en_US
dc.description.abstract Tədqiqatın aktuallığı. Müasir idmanda yüksək nəaliyyətlər əldə etmək, ölkənin şərəfini qorumaq, himnini səsləndirmək, bayrağını ucaltmaq, orqanizmi möhkəmləndirmək, işgörmə qabiliyyətini artırmaq, fiziki qabiliyyətləri inkişaf etdirmək bədən tərbiyəsi və idman nəzəriyyəsinin əsasını təşkil edir. Fiziki tərbiyə sisteminin məqsədi – fiziki cəhətdən hərtərəfli və hormonik inkişaf etmiş, mənəvi və iradi keyfiyyətləri tərbiyə olunmuş, sağlam, yüksək əmək məhsuldarlığına və vətəni qorumağa hazır olan cəmiyyətin fəal qurucularını yetişdirməkdən ibarətdir. İnsanın nə qədər çox hərəki bacarıq və vərdişləri icra etmək qabiliyyəti varsa, onun digər fiziki hərəkətləri mənimsəmək imkanları bir o qədər çox olacaq. İnsanlarda hərəki bacarıq və vərdişlərin formalaşması onların əmək, idman, müdafiə və digər peşəkar qabiliyyətlərinin təkmilləşməsinə imkan yaradır. Bədən tərbiyəsi və idman sahəsində bilik əldə etmək insanın savadını, təhsilini, intellektini artırır, ondan istifadə edir və ömür boyu fiziki özünütəkmilləşdirmə ilə məşğul olur. Fiziki keyfiyyətlərin istiqamətləndirilmiş inkişafı əsasında bir sıra fərdi vəzifələr həll edilir. Bədən quruluşunun təkmilləşdirilməsi yəni, - əzələ kütləsinin, çəkinin, qamətin nizamlanması, yastıpəncəliyin və digər insan bədəninin məhdudiyyətlərinin düzəlməsi. Bədənin formasının təkmilləşməsi eyni zamanda orqanizmin funksional göstəricilərinədə təsir edir. İnsanın düzgün və hormonik inkişafı ancaq hərtərəfli fiziki hazırlığın təminatı ilə mümkündür. Fiziki inkişafın hormoniyası insan orqanizminin funksiya və orqanlarına müsbət təsir göstərir. Sağlamlaşdırıcı vəzifənin həlli orqanizmin xarici mühitin mənfi təsirlərinə, müxtəlif tipli xəstəliklərə qarşı davamlı olmağa imkan yaradır. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject İfrat məşq en_US
dc.subject Fiziki hazırlıq en_US
dc.title Müasir idmanda ifrat məşq və onların aradan qaldırma yolları. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account