| dc.contributor.author | Rüstəmli, Gündüz | |
| dc.date.accessioned | 2024-01-24T07:40:48Z | |
| dc.date.available | 2024-01-24T07:40:48Z | |
| dc.date.issued | 2020 | |
| dc.identifier.uri | http://hdl.handle.net/123456789/121 | |
| dc.description | Mündəricat -- Giriş -- I Fəsil. Boks üzrə dünya çempionatları haqqında məlumat və müstəqillik dövründə Azərbaycan boksçularının dünya çepionatları və birinciliklərində iştirakının nəticələri və statistikası -- II Fəsil. Azərbaycan boksçularının Dünya çempionatları və birinciliklərində müxtəlif yaş qrupları üzrə iştirakının müqayisəli təhlili -- Nəticə -- Ədəbiyyat. | en_US |
| dc.description.abstract | Mövzunun problemi və aktuallığı. Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman bir çox idmançılarımız dünya arenalarına çıxa bilmirdilər. Bunun əsas səbəbi idmançılarımızın SSRİ Çempionatlarında sıxışdırılması idi. Bütün çətinliklərə sinə gərən idmançılarımız SSRİ Çempionatlarında qalib gəldikdən sonra da beynəlxalq yarışlarda SSRİ bayrağı altında çıxış edirdilər. Lakin, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bu sədd aradan qalxdı və idmançılarımız beynəlxalq yarışlarda, həmçinin Dünya, Avropa Çempionatlarında və Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak etməyə başladılar. Qeyd edək ki, Azərbaycan boksçularının Dünya Çempionatları və birinciliklərində iştirakı haqqında olan məlumatlar sadəcə mətbuatda və kitablarda ayrı-ayrılıqda yazılmış və bununla kifayətlənmişdir, lakin, müqayisəli formada fərqli yaş qrupları ilə sistematik formada təhlil edilməmişdir. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, mövcud dissertasiyanın tədqiqi aktual olduğu qədər də vacibdir. Tədqiqatın məqsəd və vəzifələri. Magistr dissertasiyasının yazılmasında əsas məqsəd 1993-2019-cu illər ərzində Azərbaycanı Dünya Çempionatları və birinciliklərində təmsil edən müxtəlif yaş qrupları üzrə çıxış edən boksçuların iştirakı haqqında tarixi mənbələr və elmi ədəbiyyatlar əsasında təhlil etməkdir. | en_US |
| dc.language.iso | az | en_US |
| dc.publisher | Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) | en_US |
| dc.subject | Sport | en_US |
| dc.subject | Sport science | en_US |
| dc.subject | İdman | en_US |
| dc.subject | İdman elmləri | en_US |
| dc.subject | Boks | en_US |
| dc.subject | Dünya çempionatı | en_US |
| dc.title | Azərbaycan boksçularının Dünya Çempionatları və birinciliklərində müxtəlif yaş qrupları üzrə iştirakının müqayisəli təhlili | en_US |
| dc.type | Dissertation | en_US |