ASA E-Arxiv

Yeniyetmə voleybolçuların fiziki hazırlığının optimallaşdırılması vasitələrinin tədqiqi

Show simple item record

dc.contributor.author Məcidli, Xəyalə
dc.date.accessioned 2024-01-23T07:47:16Z
dc.date.available 2024-01-23T07:47:16Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/119
dc.description Mündəricat -- Giriş -- I Fəsil. Ədəbiyyat mənbələrinin təhlili -- II Fəsil. Voleybolla məşğul olan müxtəlif yaşlı və müxtəlif hazırlıq səviyyəsi olan yeniyetmə qızların fiziki hazırlığı -- Nəticə -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığının əsaslandırılması. Son zamanlar voleybolçuların texniki, taktiki və fiziki hazırlığını təmin etmək üçün təlim-məşq proseslərinin təkmilləşdirilməsi ilə əlaqədar böyük islahat işləri aparılmışdır. Məlum olduğu kimi voleybolçuların texniki-taktiki hazırlıqlarının təmin olunması birbaşa onların fiziki hazırlıq səviyyələrindən asılıdr. Fiziki hazırlığın voleybol hərəkətlərinə uyğun olan vasitələrdən istifadə etməklə təmin edilməsi daha məqsədəuyğundur. Bu vəzifələrin müsbət həll olunması üçün əsas şərt məşq proseslərində tətbiq edilən metod və vasitələrin təkmilləşdirilməsidir. Müasir dövrdə idman oyunlarında idman oyunlarında və eləcə də voleybolda nəticə əldə etmək üçün idmançılardan çoxillik hazırlıq tələb olunur. Bunun üçün idmançı funksional və fiziki hazırlıq baxımından müəyyən etmək üçün çatmalıdır. Bu vəzifələrin həll etmək üçün ilk növbədə məşq proseslərinin optimallaşdırılması tələb olunur. Yarış fəaliyyətlərinin səmərəli olması üçün voleybolçuların fiziki hazırlıq səviyyəsinin yüksək olmasının əhəmiyyəti ilə bağlı mütəxəsislər tərəfindən elmi cəhətcə əsaslandırılmış kifayət qədər mülahizələr mövcuddur. Fiziki hazırlıq çoxillik məşq prosesinin ilkin hazırlıq mərhələsində daha çox əhəmiyyətə malikdir. Lakin bir qayda olaraq voleybolçu hazırlığında əsas diqqət texniki və taktiki hazırlığa verilir. Fiziki hazırlıq isə arxa plana çəkilir və bu prosesin əsas inkişaf qanunauyğunluqları nəzərə alınmır. Hazırlıq prosesinin bu qaydada planlaşdırılması təlimin bütün mərhələlərinə öz mənfi təsirlərini göstərir. Bununla yanaşı hal-hazırda bəzi müəlliflər öz əsərlərində çoxillik proseslərində fiziki hazırlığın inkişaf qanunauyğunluqları ilə bağlı müəyyən fikirlər yürüdürlər. Onların fikrincə bu məsələdə əsas şərt ilkin ixtisaslaşmanın vaxtında aparılmasıdır. Voleybolçular üçün aparıcı olan fiziki keyfiyyətlər öyrənilmiş və onların qarşılıqlı əlaqələri müəyyən edilmişdir. Bununla yanaşı çox zaman bu tədqiqatlar təsnifat dərəcəsi yüksək olan idmançıların iştirakı ilə keçirilmişdir. Lakin, idman ustalığı yüksək olan voleybolçuların fiziki hazırlıqlarına nisbətən az vaxt sərf edilmişdir. İlkin hazırlıq mərhələsində olan voleybolçuların da fiziki hazırlıq məsələlərinə də toxunulmamışdır. Fiziki hazırlıq prosesində eyni zamanda oyunçuların fiziki keyfiyyətlərinin planauyğun və fasiləsiz inkişafıda təmin edilməlidir. Çox zaman elmi-tədqiqat işlərinin nəticələri voleybolçuların təlim-məşq proseslərində istifadə edilmir. Bu, məşq proqramlarında konkret metodiki tərtibatların kifayət qədər olmaması ilə bağlıdır. Beləliklə tədqiqatın aktual olması yeniyetmə voleybolçularda fiziki hazırlığın optimallaşdırılması ilə bağlı nəzəri və praktik materialların kifayət qədər olmaması ilə şərtləndirilir. Problem. Hal-hazırda voleybolçularla aparılan fiziki hazırlıq prosesinin optimallaşdırılması üçün tətbiq edilən vasitələr müasir dövrün tələblərini tam ödəmir. Ona görə də istifadə edilən vasitələrin məzmun və forması tədricən dəyişdirilməlidir. Bu məsə ilə bağlı mütəxəsislər tərəfindən müəyyən fikir və mülahizələr yürüdülsə də hələlik mövcud olan problemlər tam həll olunmamışdır. Ona görə də bu problemlə əlaqədar məsələlərə aydınlıq gətirmək üçün müvafiq tədqiqat işlərinin aparılması zəruridir. Mütəxəsislərlə aparılan sorğuların nəticələri göstərir ki, fiziki hazırlığın optimal qaydada həyata keçirilməsi üçün xüsusi trenajorlardan istifadə etməklə vərdişlərin formalaşması prosesinin gücləndirilməsi daha məqsədəuyğundur. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Voleybol en_US
dc.subject Fiziki hazırlıq en_US
dc.title Yeniyetmə voleybolçuların fiziki hazırlığının optimallaşdırılması vasitələrinin tədqiqi en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account