dc.description.abstract |
Futbolçuların yarış fəaliyyətinin strukturunun ümumiləşdirilməsi və təhlili və idmançıların idman ustalığının formalaşmasının ümumi qanunlarının əsasında məşq prosesinin idarə olunmasının təkmilləşdirilməsi futbolda idman hazırlığı metodikası sahəsində duran perspektivli elmi istiqamətlərdən biridir.
Tədqiqatçılar arasında hələ bir neçə il əvvəl futbolçuların idman hazırlığının yaxşılaşdırılması problemlərini araşdıran müəlliflər də vardı (A.A.Kirillov, 1981; V.A.Ozerov, 1990). Onlar, xüsusi olaraq, futbolçu hazırlığının müəyyən aspektlərinin yaxşılaşmasına səbəb ola biləcək məşq yüklərin planlaşdırılmasının vacibliyini işarə edirdilər.
Bu məsələ xarici tədqiqatçılarının son illərdəki əsərlərində daha ətraflı şəkildə öz əksini tapmışdır. Bunlar, ilk növbədə fiziki və texniki keyfiyyətləri və futbolçuların taktiki bacarıqlarını inkişaf etdirmək məqsədi ilə məşq yüklərinin planlaşdırılması texnologiyasından istifadə edən futbol komandaların məşqçilərinin praktiki fəaliyyət təcrübəsinə əsaslanırdılar.
Yerli və xarici elmi əsərlərdə, futbolda məşq prosesinin təşkili strategiyası gənc futbolçuların hazırlığının inkişaf dinamikası və yarış təqviminin xüsusiyyətləri ilə müəyyən edilir. Yarış dövrü başlamazdan əvvəl fiziki keyfiyyətlərin və texniki – taktiki qabiliyyətlərin yüksək səviyyədə və tez bir zamanda bərpasını və davamlı təkmilləşdirilməsini tələb edən hazırlıq dövrünün əhəmiyyətsiz müddəti, məşq prosesinin qarşısında xüsusi tələblər qoyur.
Bu gün də bu yaş qrupundan olan gənc idmançıların idman ustalığının formalaşması və inkişafı yolunda gənc futbolçular tərəfindən yüksək idman nəticələrinə nail olmaq üçün idmançıların hazırlığının ayrılmaz göstəriciləri və nümunələri haqqında müvafiq elmi biliklərin istifadəsinə əsaslanan idman təhsilinin nəzəriyyəsində və metodologiyasında yeni texnologiyaların hazırlanması və tətbiqi mühüm rol oynayır. Gənclər futbolunun inkişafının müasir tələblərinə və araşdırmamızın qarşıya qoyulmuş məqsədlərinə cavab
verən və gənc futbolçuların idman təkmilləşdirilməsi mərhələsində hazırlıq dövründə məşq prosesinin xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş əsaslı metodiki tövsiyyələr demək olar ki yox dərəcədədir.
Bu baxımdan aşağıdakılar arasında ciddi ziddiyyətlər yaranır:
- illik məq silsiləsinin hazırlıq dövründə gənc futbolçuların məşq prosesinin səmərəliliyinin artırılmasının labüdlüyü ilə uzlaşdırılmış məşq metodundan istifadə etməklə onun strukturunun və məzmununun kifayət qədər inkişaf etməməsi arasındakı ziddiyyətlər;
- gənc futbolçuların fiziki hazırlığının diaqnostik və meyar göstəricilərinin müəyyən edilməsi ilə idmanın təkmilləşdirilməsi mərhələsinin hazırlıq dövründə məşq prosesinin kompleks qiymətləndirilməsində istifadə edilməsi arasında.
Ziddiyyətlər tədqiqatın problemini müəyyənləşdirdi: idmanın təkmilləşdirmə mərhələsinin hazırlıq dövründə uzlaşdırılmış məşq metoddan istifadə etməklə gənc futbolçuların məşq prosesinin strukturu və məzmunu nədən ibarətdir?
Tədqiqatın məqsədi idmanın təkmilləşdirilməsi mərhələsinin hazırlıq dövründə gənc futbolçuların hazırlıq prosesinin strukturunu və məzmununu elmi cəhətdən əsaslandırmaq və inkişaf etdirməkdir.
Problemə, məqsədə, obyektə, mövzuya və fərziyyəyə uyğun olaraq tədqiqat vəzifələri aşağıdakı kimi formalaşdırılmışdı:
1. Gənc futbolçuların idman hazırlığı prosesində idmanın təkmilləşdirilməsi mərhələsində hazırlıq dövrünün xüsusiyyətlərini müəyyənləşdirmək;
2. Hazırlıq dövründə gənc futbolçuların məşq prosesinin quruluşunu və ardıcıllığını müəyyən etmək;
3. İdmanın təkmilləşdirilməsi mərhələsində illik məşqin hazırlıq dövründə gənc futbolçuların hazırlıq prosesinin quruluşunun etibarlılığını və məzmunun effektivliyini uzlaşdırılmış məşq metodunun üstünlüklə istifadəsi əsasında qiymətləndirmək.
Tədqiqatın metodları: tədqiqatın mövzusuna aid elmi və elmi – metodiki ədəbiyyatın təhlili; nəzarət sınaqlar, pedaqoji eksperiment, pedaqoji müşahidələr, anketləşdi mər, riyazi statistika metodları.
Tədqiqatın obyekti: gənc futbolçuların idman təkmilləşdirilməsi mərhələsindəki təlim-məşq prosesi.
Tədqiqatın predmeti: İdman təkmilləşmə mərhələsində illik məşqin hazırlıq dövründə gənc futbolçuların məşq prosesinin quruluşu və məzmunu.
Tədqiqatın hipotezi. İllik məşq siklin hazırlıq dövründə gənc futbolçuların məşq prosesi aşağıdakı hallarda effektiv ola bilər:
- gənc futbolçuların idman təkmilləşdirmə mərhələsindəki hazırlıq dövrünün xüsusiyyətləri müəyyən edilmişdir;
- hazırlıq dövründə məşqin məşqlərinin paylanmasının strukturu və ardıcıllığı müəyyən edilmişdir;
- gənc futbolçuların hazırlıq dövründə uzlaşma məşq metodundan istifadə etməklə məşqlərin məzmunu hazırlanmışdır;
- hazırlıq dövründə gənc futbolçuların məşq prosesinin (fiziki və texniki-taktiki komponenti) kompleks qiymətləndirilməsi üçün diaqnostik - meyar aparatı sistemləşdirilmişdir. |
en_US |