ASA E-Arxiv

Cüdo idman növündə çiyin üzərindən atma fəndlərinin tətqiq olunmayan variantlarının tətbiq edilməsi və onların öyrədilmə metodikası

Show simple item record

dc.contributor.author Kərimova, Dürsədəf
dc.date.accessioned 2024-01-23T06:32:37Z
dc.date.available 2024-01-23T06:32:37Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/115
dc.description Mündəricat -- Giriş -- I Fəsil. Ədəbi mənbələrin təhlili -- II Fəsil.Tədqiqatın məqsədi, vəzifə və metodları -- III Fəsil. Tədqiqatın nəticələrinin müzakirəsi -- Nəticə -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanda cüdo sürətlə inkişaf etməyə başlamışdır. Bunu cüdoçularımızın beynəlxalq yarışlardakı müvəffəqiyyətli çıxışları bir daha təsdiq edir. Bu baxımdan ölkə cüdoçularından həm ilk Avropa çempionu həm də Olimpia çempionu olmaq şərəfinə nail olmuş Nazim Hüseynovun adını xüsusi ilə qeyd etmək lazımdır. Olimpia oyunları tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1992-ci ildə Barselonada olimpia çempionu, iki dəfə Avropa çempionu. Dünya çempionatının gümüş mükafatçısı Nazim Hüseynovun şərəfinə qaldırılmışdır. Cüdo idman növünün əsas prinspi rəqibi fiziki, texniki, taktiki, psixoloji üstünlüklə məğlub etməkdir. Cüdoçunun texniki arsenalında çeviklik və kordinasiya tələb edən çəxlu fənd qrupları vardır. Rəqiblər arasında təmas əlaqə rəqibin cüdo tutuşmasından sonra başlayır. Güləş düz, möhkəm yerdə keçirilir, buda idmançılara çevik hərəkət etmə imkanı verir, eyni zamanda rəqibin yıxılarkən təhlükəsizliyini təmin edir. Cüdoçu rəqibini ayaq üstə istənilən istiqamətdə cəld və arxası üstə ata bilər. Texnika konkret çərçivədə olan mübarizədə qələbə əldə etməkdir. Güləş zamanı bir sıra vəziyyətlər yarana bilər, o zaman cüdoçu müstəqil qərar verməli və müvafiq fənd tapıb onu həyata keçirməlidir. Belə təcrübə illərlə davam edən məşq nəticəsində əldə edilir. Taktiki hazırlıq təlim hissəsinin digər komponentləri ilə sıx bağlıdır (xüsusən texniki hazırlıqla). Xüsusi hallarda taktiki hazırlıq rəqibin güclü yaxud zəif, onun fiziki, texniki, və psixoloji tərəfləri haqqında məlumata əsaslanır. Bu məlumatların təhlili əsasında tək mübarizədə taktiki problem müəyyən edilir. Cüdo idman növündə icra mexanikasının kompleks quruluşu 2 hissəyə bölünür. 1. Ayaq üstə atmalar və güləş ( Nagevadəa) 2. Parterdə atmalar və güləş (Katamevadəc) Fəndlərin xarici forma və daxili dinamikası onları bir birindən fərqləndirir. Texniki təlim idmançının hazırlığında əsas aparıcı ünsürlərdən biridir. Hazırda məşqçilərin böyük əksəriyyəti texniki hazırlığın keyfiyyətinin səmərəliyinin artırılmasına xüsusi maraq göstərirlər. Ümumiyyətlə cüdoçunun texniki arsenalı çox genişdir və bu gün də inkişaf edib artmaqdadır. Hazırda müasir dövrümüzdə çiyin üzərindən atma fəndləri ən çox tətbiq edilən fəndlər arasında 3-cü yerdədir. Amma bu fəndlərin icra mexanizmi onların tətbiq olunan variantları geniş tətqiq olunmamış və öz əksini tapmamışdır. İlk növbədə onu qeyd edək ki, Azərbaycan dilində olan ədəbiyyatlarda da bu fəndin tətbiqi geniş şəkildə işıqlandırılmamışdır. Cüdo güləşi həm ayaq üstə, həm də parter vəziyyətində öz arsenalında çoxlu güləş fəndlərinə malikdir. Bu fəndlər daima təkmilləşir, yeni variantlar yaranır. Yeni fənd variantları bəzən respublikamızın, bəzən isə xarici ölkələrin güləş məktəblərində meydana çıxır və yarışlarda tətbiq olunur. Ona görə də mütəmadi olaraq yarışlarda, məşqlərdə pedaqoji müşahidələr aparmaq, mütəxəssilərlə anket sorğuları keçirmək və bu yeni variantları aşkara çixararaq cüdo fəndlərinin təsnifatına daxil etmək lazımdır. Bundan əlavə idman güləşinin digər növlərində də texnikanı araşdırmaq və sambo güləşi üçün səmərəli ola biləcək fənd variantları götürmək lazımdır. Qeyd etmək lazımdır ki, güləş növləri öz arsenallarını daima bir-birinin hesabına dolğunlaşdırırlar. Yuxarıda qeyd olunduğu kimi cüdonun yaranması da məhz belə başlamışdır. Bu niyyətlə biz cüdo güləşinin texnikasını araşdırmaq qərarına gəldik. Məqsədimiz son illərdə cüdoçularımız tərəfindən geniş tətbiq olunan çiyin üzərindən atmaları tədqiq etmək idi. Çiyin üzərindən atmalar əsasən gövdənin köməyi ilə icra olunan fəndlər sinfinə daxildir. Bu fənd qrupu son 10-15 ildə cüdoçularımız tərəfindən həm cüdo, həm də sambo güləşi üzrə müxtəlif səviyyəli yarışlarda geniş tətbiq edilir. Bu dövr ərzində çiyin üzərindən atma fəndinin yeni variantları yaranmış və praktikada tətbiq edilməkdədir. Bu fəndlərin qeydə alınıb təsvirini verməklə təsnifləşdirilməsi, gələcəkdə onların unudulmasına və arsenaldan itməsinə səbəb ola bilər. Fənd qrupunun tədbiq edilməsi zəruriyyəti də məhz bundan irəli gəlir. Qeyd etmək lazımdır ki, bu sahədə işlər digər güləş növlərində 1997-ci ildən aparılır. Cüdo güləşinin texnikasının tədqiqi də məhz bu illərə təsadüf edir. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Cüdo en_US
dc.title Cüdo idman növündə çiyin üzərindən atma fəndlərinin tətqiq olunmayan variantlarının tətbiq edilməsi və onların öyrədilmə metodikası en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account