dc.description.abstract |
Mövzunun aktuallığı. İdman, cəmiyyətin fiziki və mənəvi mədəniyyətində mühüm yer tutan, sosial həyatının çoxfunksional və müxtəlif hadisələrindən ibarətdir. İdmançının çoxillik idman karyerasının uğuru və idman naliyyətləri, məşqçinin idmanın ümumi vəziyyətini, onun gələcək inkişaf tendensiyalarını necə düzgün qiymətləndirməsindən, idmançıların səmərəli seçim sistemindən istifadə etməsindən, məşq və yarış fəaliyyətinin qurulması qanunauyğunluqlarını nəzərə almasından əhəmiyyətli dərəcədə asılıdırlar. Bunun üçün idman nəticələrinin inkişafına kömək edən əlavə amillərdən istifadə edə bilərlər. İdmançının hazırlıq sisteminin bütün komponentlərini düzgün şəkildə yerləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, idman hazırlığı sisteminin hər bir komponentinin öz funksional təyinatı var və eyni zamanda idman məşqinin fəaliyyətinin və inkişafının ümumi qanunauyğunluqlarına tabedir [86].
Hazırda idmanda böyük uğurlara yalnız yüksək səviyyədə texniki, fiziki, taktiki, iradi və mənəvi hazırlığı olan idmançılar nail ola bilərlər. Həmçinin burada idmançının orqanizminin funksional imkanları da əsas rollardan birini oynayır.
İdmançıların hazırlanmasına yanaşma və yüklənmələrə münasibət nəzərəçarpacaq dərəcədə dəyişib, yəni böyük həcmdə məşqləri keyfiyyətcə başqa istiqamətli məşqlərə köçürmək. İdmançının fərdi xüsusiyyətlərini nəzərə almağa imkan verən müasir yüksək effektiv sağlamlıq qoruyucu texnologiyalardan istifadə getdikcə daha çox tələb olunur [80].
Əgər idmançının qarşısında duran hədəfi ən yüksək nailiyyətlərə can atmaq, məşqçinin təyinatını isə onun potensialının açılmasında görmək kimi qiymətləndirsək, idman elminin qarşısında duran vəzifələri aşağıdakılara ayırmaq olar:
* idmançının funksional vəziyyəti haqqında obyektiv informasiyanın əldə edilməsi;
* fərdi iş qabiliyyətlərinin potensialının həyata keçirilməsinin effektiv yollarını axtarılması.
Bununla əlaqədar olaraq, idmançıların idman potensialının keyfiyyətcə kompleks qiymətləndirilməsini həyata keçirməyə, əsas çatışmazlıqları aşkar etməyə və hazırlıq sisteminin təkmilləşdirilməsi perspektivlərini müəyyən etməyə imkan verən, idmançının vəziyyətinin funksional diaqnostikasının müasir informativ metodlarından istifadə məsələsi qarşıya çıxır. |
en_US |