Abstract:
Mövzunun aktuallığı. Son illərdə ümumtəhsil məktəblərində şagirdlərin morfofunksional xüsusiyyətləri və fiziki yükün icrası zamanı dəyişən göstəriciləri bir çox tədqiqatçılar tərəfindən öyrənilmişdir.
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki sağlamlığına diqqət artmış və bu da fiziki tərbiyə dərslərinin keçirilməsinin vacibliyini bir qədər də aktual edir. Əvvəllər uşaqların və yeniyetmələrin fiziki inkişafını, funksional və fiziki hazırlıq səviyyəsini nəzərə almadan həyata keçirilirdi. Bu sahədə yeni və daha yaxşı nəticələrin əldə olunması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. Gələcəyin davamçıları olan uşaqların müasir standartlara cavab verən proqramlarla məşğul olmasına ehtiyac var idi. Bununla belə uşaq orqanizminin funksional imkanlarının artırılması,yeni naliyyətlərə istiqamətlənməsi və hətta sağlamlaşdırıcı vasitəsi kimi də fiziki tərbiyə prosesində proqramların tətbiqinin vacibliyini gündəmə gətirmişdir.
Aparılan tədqiqatlardan belə bir qənaətə gəlməyə imkan verir ki, son zamanlar uşaqların morfofunksional vəziyyəti pisləşir və bir çox xəstəliklərin sayı artmışdır (Кучма, 2003; Зайцевa, 2001; Шивкова). Müəlliflər qeyd etmişlər ki,tam olaraq sağlam olan şagirdlərin sayı 10-15%-lə 20-25% arasındadır.Bu səbəbdən də yuxarı siniflərdə təhsil alan şagirdlərin 45%-ə qədəri sağlamlıq səbəbiylə peşə seçimində çətinliklərlə üzləşirlər. Böyümə və inkişaf istiqamətində aparılan tədqiqatlarda mənfi tendensiya müşahidə olunmuş,astenizasiya və disharmonizasiyaya səbəb olan amillər ən çox bədən kütləsinin azlığı hesabına xeyli artmışdır [53]. Qeyd olunan hallar uşaqların fiziki inkişafının fərdi səviyyəsi ilə yanaşı, həm də, ayrı-ayrı populyasiyalar sırasında da özünü göstərməkdədir. Məhz bu amillər gənc nəslin fiziki inkişafı dərindən və dəqiqliklə öyrənilməsi bügun də aktual olaraq qalır. Bu istiqamətdə mühüm məsələlərdən biri də inkişafda olan orqanizmin morfofunksional və funksional xüsusiyyətlərinin öyrənilməsi, inkişafın proseslərinin ümumbioloji qanunauyğunluqlarını müasir dövr üçün fiziki sağlamlığının vəziyyətinin proqnozlarının hazırlanmasıdır. Bununla bərabər, gənc nəslin
4
daha da sağlam böyüməsi üçün uzunmüddətli fəaliyyət proqramların hazırlanmasıdır. Uşaq orqanizminin morfoloji-fizioloji xüsusiyyətləri haqqında olan məlumatlar onların yaşlarına uyğun olaraq tətbiq olunan fiziki yükün səmərəli dozalaşdırılmasında istifadə olunaraq sağlamlığına heç bir zərər vurmadan tətbiq olunmalıdır. Fiziki tərbiyə proseslərində tibbi nəzarət həyata keçirilirilməsi üçün yaş fiziologiyasına aid biliklərə əsaslanmalıdır. Bu proqramlar eyni zamanda uşaqlarla aparılan pedaqoji proses və idman məşqinin birləşdirməlidir. Hər bir yeniyetmə öz inkişaf yolunu keçərkən orqanizmin,onun ayrı-ayrı orqanlarının və orqanlar sisteminin morfoloji-fizioloji xüsusiyyətləri, habelə fərdi qabiliyyətlərinin anatomik və funksional xüsusiyyətlərini bilməlidir. Müasir dövrdə idmanın inkişafının xarakterik cəhətlərindən biri idman rəqabətin sürətlə artmasıdır. Bu gün orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinə göstərilən qayğının nəticəsində idmanda kütləviliyin artmasıdır. Dünyada idman ölkəsi kimi tanınan respublikamızda bütün idman növlərinin inkişafına, xüsusilə də, böyük tarixi keçmişə malik və orta ümumtəhsil məktəblərində tədris olunan güləş, atletika, gimnastika, voleybol, futbolun inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, idmana hələ erkən yaşlarında başlamağı məqsədəuyğundur və bir çox təhsil ocaqlarında ayrı-ayrı idman növləri üzrə bölmələr,qruplar yaradılır və bu da idmanın daha da kütləviləşməsinə səbəb olur,ustalardan ibarət komandalar üçün ehtiyac qüvvələri hazırlanır.
Orta ümumtəhsil məktəblərində fiziki hazırlığın bir neçə fərqləndirici əlaməti vardır. Burada oyunların həcmi, hərəki fəaliyyətin yüksək olması, çoxlu sayda mübarizələr və oyunların sürətlə getməsi fərqləndirici xüsusiyyətlər arasındadır. Futbol, voleybol, atletika kimi oyunlarda naliyyət əldə etmək üçün təkcə texniki-taktiki ustalığa sahib olmaq yetmir, bununla bərabər qələbənin əldə olunması üçün orqanizmin əsas sistemləri olan ürək-damar və tənəffüs sistemlərinin iş qabiliyyəti də yüksək səviyyədə olmalıdır. Buna uyğun olaraq orta məktəblərdə fiziki tərbiyə dərslərinin təşkili zamanı həmin oyunların elementlərindən istifadə etmək həm gələcək idmançıları bu idman növlərinə cəlb edər, digər tərəfdən həmin oyunların tarixi inkişafı haqqında da fikir
formalaşar. Bu prinsipi əsas tutaraq gənç voleybolçu, atlet, futbolçunun hazırlanmasına məktəb yaşlarından başlamaq məqsədəuyğundur və hazırlanan bu idmançılar müasir dövrün standartları əsasında hazırlanmalıdır. Onuda söyləmək olar ki,müasir dövrdə qarşıya qoyulmuş tələblərin səviyyəsi daim artmaqdadır.