dc.contributor.author |
Quluzadə, Mübariz |
|
dc.date.accessioned |
2023-12-25T07:36:01Z |
|
dc.date.available |
2023-12-25T07:36:01Z |
|
dc.date.issued |
2022 |
|
dc.identifier.uri |
http://hdl.handle.net/123456789/104 |
|
dc.description |
Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyat xülasəsi. Fiziki iş fonunda yorulmanın yaranma səbəblərinin müasir aspektləri -- II Fəsil. Metodik hissə -- III Fəsil.Təcrübi hissə. Alınmış nəticələr və onların müzakirəsi -- Nəticələr -- Tövsiyyə -- İstifadə edilmiş ədəbiyyat -- Əlavələr. |
en_US |
dc.description.abstract |
Tədqiqatın aktuallığı. Hal-hazırda ifrat fiziki yüklənmə zamanı sərbəst radikallı oksidləşmə proseslərin aktivləşməsi idmançının bacarığını məhdudlaşdıran və bir çox patoloji proseslərin inkişafına səbəb olan ən vacib amil kimi nəzərə alınır. Belə ki, ifrat fiziki yüklənmə stress faktor kimi orqanizmdə müxtəlif zəncirvari reaksiyalar törədir həmçinin, bu reaksiyalar arasında lipidlərin perekisli oksidləşməsi (LPO) prosesinin intensivləşməsi və nəticədə sərbəst radikalların (SR) miqdarının artması xüsusi əhəmiyyət kəsb edir. Lakin əmələ gələn LPO məhsullarının stasionar səviyyəsini saxlamaq üçün orqanizmdə təkamül prosesində oksidləşmə əleyhinə sistem və mexanizmlər formalaşmışdır. Bunlar ferment və qeyri-ferment antioksidant müdafiə sistemidir (AOMS) və fəaliyyəti LPO zəncirinin müxtəlif həlqələrinin neytrallaşdırıcı təsirdən ibarətdir. İşin əsas məqsədi müxtəlif intensivliyə malik fiziki yüklənmənin yerinə yetirilməsi zamanı fiziki yorulmanın yaranmasında LPO rolunun tədqiqindən ibarətdir.
Tədqiqatın obyekti. Müxtəlif intensivli fiziki yüklərin təsiri zamanı LPO məhsullarının səviyyəsi və bəzi biokimyəvi göstəricilər (süd turşusunun, sidik cövhəri, kreatin, qlükozanın qatılığının) ağ siçovullar üzərində aparılacaq.
Tədqiqatın predmeti. Məlumdur ki, fiziki yüklənmələr məşq prosesinin və idman nəticələrinin effektivliyini məhdudlaşdıran hipoksiya vəziyyətlərinin inkişafı ilə müşayiət olunurlar. Hipoksiya vəziyyətinin inkişafı makroergik birləşmələrin çatışmazlığına əsaslanır, bu proses öz növbəsində mitoxondriyada oksidləşdirici fosforlaşmanın zəifləməsinin nəticəsidir. Hipoksiya membran zədələnməsinə və LPO proseslərinin aktivləşməsinə gətirib çıxarır. Bütün hipoksiya növləri mütləq sərbəst radikal proseslərin aktivləşməsi ilə müşayiət olunur. Bununla əlaqədar olaraq SRO proseslərinin qarşısını almaq üçün və AOMS fəallığını artırmaq üçün antioksidant və antihipoksant maddələrin istifadəsi məqsədəuyğundur. |
en_US |
dc.language.iso |
az |
en_US |
dc.publisher |
Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) |
en_US |
dc.subject |
Sport |
en_US |
dc.subject |
Sport science |
en_US |
dc.subject |
İdman |
en_US |
dc.subject |
İdman elmləri |
en_US |
dc.subject |
İdman tibbi |
en_US |
dc.subject |
Fiziki yüklənmə |
en_US |
dc.title |
Fiziki yüklənmə zamanı yorğunluğun yaranmasında oksidləşdirici stresin tədqiqi. |
en_US |
dc.type |
Dissertation |
en_US |