Abstract:
Mövzunun aktuallığının əsaslandırılması. Son illər fiziki tərbiyə dərslərinin məzmununun və fiziki tərbiyə proseslərinin təkmilləşdirilməsi probleminə mütəxəsislər tərəfindən xüsusi diqqət yetirilir. Böyüməkdə olan gənc nəslin fiziki hazırlıq səviyyəsinin sağlamlıq göstəriciləri ilə qarşılıqlı əlaqədə olması ilə bağlı kifayət qədər elmi-tədqiqat işləri aparılmışdır.
Ədəbiyyat mənbələrindən alınan çoxsaylı məlumatların nəticələri göstərir ki, müasir məktəblilərin fiziki inkişaf səviyyəsi əvvəlki illərin məktəbliləri ilə müqayisədə xeyli aşağıdır. Pedaqoji təcrübədə iştirak edən metodistlərin fikrincə məktəb fiziki tərbiyə dərsləri uşaqlara lazım olan fiziki yükün cəmi 20 %-ni ödəyə bilir. Dərsin motor sıxlığı maksimal həddə çatdırılan zaman bu göstərici 40 %-ə qədər yüksələ bilər. Vəziyyətin belə olması uşaqların sağlamlıq vəziyyətlərinə mənfi təsir göstərdiyinə görə uşaq və və yeniyetmələr arasında xəstəlik halları artır. Statistik məlumatlar göstərir ki, müasir məktəblilərin fiziki hazırlıq səviyyyəsi keçən əsrin 60-70 –ci illərində olan göstəricilərin cəmi 60 %-ni təşkil edir. İbtidai sinif şagirdlərinin fiziki hazırlıq səviyyəsi fiziki tərbiyə üzrə məktəb proqramının tələblərinə cavab vermir. Bu problemin həll edilməsi üçün əsas vəzifələrdən biri də fiziki tərbiyə təlimini metod və vasitələri ilə bağlı müvafiq islahatların aparılmasıdır.
Məlum olduğu kimi həftədə iki dəfə keçirilən məktəb fiziki tərbiyə dərsləri uşaqlarda yaranan hərəkət qıtlığını aradan qaldıra bilmir. Buna görə də uşaq və yeniyetmələrin dərsdənkənar fiziki hərəkət və idman məşğələlərinə cəlb edilməsi son dərəcədə vacibdir. Bir qayda olaraq dərsdənkənar məşğələlərin proqramının məzmunu məktəbin şəraitindən asılı olaraq fiziki tərbiyə müəllimləri tərəfindən müəyyən edilir.
Bu problemin həll edilməsi üçün məktəblə ictimayətin birgə səy göstərməsi ilə uşaqlarda dərsdənkənar məşğələlərə qarşı marağın oyadılması daha məqsədəuyğundur.
İbtidai siniflərdə voleybol oyununun elementlərindən ibarət mütəhərrik oyunlardan geniş istifadə olunur. Lakin voleybol oyununun mənimsənilməsi üçün konkret metodika müəyyən edilməmişdir. Bir çox tədqiqatçılar hesab edirlər ki, fiziki hazırlıqla bağlı problemlərin həll edilməsi üçün dərsdənkənar idman məşğələləri kifayət qədər böyük imkanlara malikdirlər (23,29). Mütəxəsislər hesab edirlər ki, uşaq və yeniyetmələrin fiziki hazırlıqlarının təmin edilməsi üçün seçilmiş idman növü üzrə məşğələlərdən bacarıqla istifadə etməklə qarşıya qoyulan vəzifələri həll etmək olar. Bu zaman dərs və dərsdənkənar məşğələlərin bir-birlərini tamamlaması zəruridir.
Description:
Mündəricat -- Giriş -- IFəsil. Ədəbiyyat mənbələrinin təhlili -- Xülasə -- II Fəsil. Tədqiqatı təşkil etməyin metodları -- III Fəsil.Voleybolla məşğul olan uşaq və yeniyetmələrin yaşla əlaqədar fiziki inkişaf dinamikasına yönəldilən əlavə voleybol məşğələlərinin təxmini proqramı -- Nəticə və təkliflər -- Təkliflr -- İstifadə edilmiş ədəbiyyat.