ASA E-Arxiv

Yeniyetmə samboçuların baza hazırlığı əsasında anaerob məşq yükünün reallaşmasının tədqiqi.

Show simple item record

dc.contributor.author Quliyev, Orxan
dc.date.accessioned 2023-12-22T06:47:08Z
dc.date.available 2023-12-22T06:47:08Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/100
dc.description Mündəricat -- I Fəsil.Ədəbiyyat xülasəsi. İdman ixtisaslaşması mərhələsində yeniyetmə samboçuların fiziki hazırlığının əsas xüsusiyyətləri -- II Fəsil.Metodiki hissə -- III Fəsil.Təcrübi hissə. Funksional göstəricilərinin və fiziki hazırlığının qarşılıqlı tədqiqi -- Nəticə -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığı. Seçilmiş tədqiqat işinin aktuallığı və onun öyrənilməsinin dərəcəsi yeniyetməlik dövründə və gənc yaşlarında aparılan idman məşqinin baza əsaslarını əhatə edir. Yeniyetmə samboçuların fiziki hazırlığının yüksəldilməsi xüsusi texniki vərdişlərin və bacarıqların formalaşmasının bünövrəsini təşkil edir [11, s.7-14; 48, s.39-40; 54, s.640]. Müasir dövrdə yeniyetmə samboçuların idman hazırlığı sistemi kifayyət qədər təqdim olunmamış və öyrənilmədiyindən, onların idman hazırlığının strukturu və məzmunu haqqında müfəssəl məlumatlar almaqda müəyyən qədər çətinliklər yaranır. Digər tərəfdən, yüksək idman nəticələrinin əldə olunması üçün illik məşqin hazırlığı dövründə tətbiq olunan məşq yüklərinin istiqamətləndirilmiş nisbətinin müəyyən olunması böyük əhəmiyyət daşımağa başlayır. Nəticədə həmin idman növündə yeniyetmə idmançıların fiziki hazırlığının bu mərhələyə müvafiq olaraq formalaşmasına səbəb olur. məşq mikrosilsilələrinin qurulması və hazırlıq dövründə onların istiqamətlərinin nisbəti yarış dövründə yeniyetmə samboçuların qarşısında duran məsələlərin vaxtında həll olunmasına imkan vermiş olur [12, s.13-17; 15, s.24; 20, s.13-16; 54, s.640]. Tədqiqatın problemi. Təkmübarizlik idman növləri ilə məşğul olan yeniyetmələrin baza hazırlığı dövründə müxtəlif müddətə malik makrosilsilələrdə məşq yüklərinin qurulması və paylanması ilə bağlı məsələlər kifayyət qədər öyrənilməmiş və ya aparılan araşdırmalar ayrı – ayrılıqda nəzərdən keçirilmişdir. Demək olar ki, yeniyetmə samboçuların illik baza hazırlıq dövründə müxtəlif istiqamətli məşq yüklərinin planlaşdırılması və optimallaşdırılması ilə əlaqədar məsələlər, praktik olaraq, öyrənilməmişdir [13, s.19-21;15, s.24; 24, s.34-38; 27, s.21]. Yeniyetmə idmançıların baza hazırlığında tətbiq olunacaq məşq yüklərinin səmərəli nisbətinin təmin olunması onların məşqolunmasında kompleks qarşılıqlı təsirin formalaşması üçün şərait yaratmaqla, məşq effektləri arasında mürəkkəb qarşılıqlı təsirin aşkarlanması tədqiqatın aktuallığını müəyyənləşdirmiş olur. Tədqiqatın obyekti. Yeniyetmə samboçuların baza hazırlığı əsasında məşq yükünün reallaşmasının məşq etdirilməsi prosesi olmuşdur. Tədqiqatın predmeti. İllik idman hazırlığın baza hazırlığı əsasında mikrosilsilələrdə müxtəlif yüklərin istiqamətlərinə görə paylanmasının 15 – 16 yaşlı samboçuların idman hazırlığının reallaşmasının vəziyyətinə təsirinin araşdırılması. Tədqiqatın məqsədi. İdman hazırlığının illik dövründə yeniyetmə samboçuların baza hazırlığı əsasında anaerob məşq yüklərinin reallaşmasınnı tədqiqi olmuşdur. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Sambo en_US
dc.title Yeniyetmə samboçuların baza hazırlığı əsasında anaerob məşq yükünün reallaşmasının tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account